Prezident Donald Tramp və Fələstinlilərin lideri Mahmud Abbas Ağ Evdə görüş zamanı Yaxın Şərq sülh prosesində diplomatik inkişafa nail olmağa söz verib.
Tramp deyib ki, fələstinlilər və israillilər razılığın əldə olunması üçün birgə işləməlidir. “Mən moderator, arbitr, ya da vasitəçi olmaq istəyərdim və biz bu işi görüb qurtaracayıq”,deyə o bildirib.
Trampın sözlərinə görə, o əldə edilə biləcək ən çətin razılaşmanın israillilər və fələstinlilər arasında razılaşma olduğu haqda çox eşidib. “Gəlin, onların səhv etdiyini sübut edək”,deyə o əlavə edib.
Biz inanırıq ki, İsrail bunu istəyir. Biz inanırıq ki, siz də bunu istəyirsiniz və əgər siz hər ikiniz istəyirsinizsə, biz razılıq əldə edəcəyikDonald Tramp
Mahmud Abbas öz növbəsində tərəflərin “Trampın qətiyyətli rəhbərliyi və böyük vasitəçilik qabiliyyəti” altında tarixi sülh razılaşmasını əldə edə biləcəyinə inandığını bildirib. Çıxışını ərəbcə bitirən Mahmud Abbas üzünü Trampa çevrirərək bu dəfə ingilis dilində əlavə edib: ”İndi cənab Prezident sizinlə bizdə ümid var.”
Görüşdən sonra nahar yeməyi zamanı Tramp Mahmud Abbasa deyib ki, sülhə nail olunması bəlkə də “insanların uzun zamandır düşündüyü qədər çətin olmaya bilər”. Nahar yeməyində vitse-prezidenti Mayk Pens və dövlət katibi Reks Tillerson da iştirak ediblər.
Tramp həmçinin bildirib: ”Biz inanırıq ki, İsrail bunu istəyir. Biz inanırıq ki, siz də bunu istəyirsiniz və əgər siz hər ikiniz inanırsınızsa, biz razılıq əldə edəcəyik.”
Mahmud Abbasın Fətah partiyası Qəzza zolağına nəzarət edən rəqib Həmas qrupu tərəfindən ciddi sınaqlarla üzvləşir.
Həmas bazar ertəsi günü İsrailə münasibətin bir qədər yumşaldığına işarə edən siyasi sənəd açıqlayıb. Sənəddə 1967-ci ildən əvvəlki sərhədlər çərçivəsində suveren Fələstin dövlətinin yaradılmasına və qaçqınların İsraildə öz evlərinə qayıtmasına çağırılır.
İsrail hökuməti Həmasın sənədinin beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi olduğunu bildirib.