Accessibility links

Donald Tramp Mahmud Abbasla görüşüb


ABŞ prezidenti Yaxın Şərqə səfəri çərçivəsində İordan çayının qərb sahilində fələstinlilərin lideri ilə görüşüb.

Mahmud Abbasla ikinci görüşü zamanı Donald Tramp dalana dirənmiş sülh danışıqlarının bərpasına ümidini ifadə edib.

Görüşdən əvvəl ABŞ dövlət katibi Reks Tillerson bildirib ki, Tramp hazırkı anın sülhün bərqərar edilməsi vaxtı olduğuna inanır.

Tillerson ABŞ, İsrail və Fələstin arasında üçtərəfli görüşün daha sonra keçiriləcəyini bildirib.

ABŞ prezidenti Yaxın Şərqə sülhün gətirilməsi üçün əlindən gələni əsirgəməyəcəyinə vəd verib.

Tramp əlavə edib ki, İsraillə Fələstin arasında sülh əldə edilsə, prosesin bütün Yaxın Şərqə təsiri olacaq.

O, əsas problemin İsrailin Fələstin torpaqlarının işğalı və Fələstini tanımamasında olduğunu vurğulayıb.

Abbas isə öz növbəsində problemin iudaizm deyil, işğal olduğunu deyib.

Fələstinlilərin lideri yalnız iki dövlət variantı və 1967-ci il sərhədlərini qəbul edəcəyini dilə gətirib.

Donald Tramp ilk dəfə olaraq prezident qismində dünən İsrailə səfər edib.

O, Tel-Əvivin Ben-Qurion hava limanında İsrailin baş naziri Benyamin Netanyahunun təşkil etdiyi təntənəli mərasimlə qarşılanıb.

İsrail lideri bazar günü mərasimdə etdiyi çıxışında Trampın bazar günü Səudiyyə Ərəbistanındakı çıxışından sitat gətirərək bildirib ki, İsrail sülhə nail olunmasında eyni səyləri bölüşür və fələstinlilər də daxil olmaqla, bütün qonşularına sülh naminə kömək əlini uzadır.

Tramp yüksək rütbəli rəsmilər qarşısında çıxışında indi Yaxın Şərqdə təhlükəsizlik, sabitlik və sülhün əldə olunması üçün nadir imkanın yarandığını bildirib.

XS
SM
MD
LG