Accessibility links

Donald Tramp Yaponiyanın baş naziri ilə görüş keçirir


ABŞ prezidenti Donald Tramp Yaponiyanın baş naziri Şinzo Abe ilə Florida ştatında, Mar a Lago istirahət mərkəzində iki günlük görüş keçirir. Ağ Ev görüşün çox pozitiv keçəcəyinin gözlənildiyini bildirib.

ABŞ-a səfərə çıxmazdan əvvəl Abe deyib ki, görüş zamanı o Trampla Şimali Koreyanın nüvə məsələsini müzakirə edəcək.

“Mən Şimali Koreyanın dəyişilməyən və tam yoxlanıla bilən nüvəsizləşmə və tərksilah edilmə prosesinə nail olmaq istiqamətində işlədiyimiz vaxt Şimali Koreyaya maksimum təzyiq göstərilməsini davam etdirmək məsələsində ABŞ-ın mövqeyini müəyyən edəcəm” deyə Şinzo Abe bildirib.

Yaponiya lideri prezident Trampla Kim Conq Un arasında planlaşdırılan presidentsiz zirvə görüşündən əvvəl ABŞ prezidenti ilə bəzi məqamları müzakirə etmək üçün Floridaya səfər edib.

Tramp və Abe Amerikanın Trans Sakit okean Tərəfdaşlığına yenidən qoşulması məsələsi də daxil olmaqla görüş çərçivəsində ticarət məsələlərini də müzakirə edəcək.

XS
SM
MD
LG