Accessibility links

Donald Tramp nə yeyir?


Prezident Obamanın o qədər intizamlı həyat tərzi var ki, onun xanımı deyir ki, o hər axşam konkret yeddi ədəd duzlanmış badam yeyir.

Corc Buş hərəkət etməyi çox sevir. Texasın Krouford şəhərindəki rançosunda təmizlik işləri görür, dağa dırmanır və velosiped sürməkdən həzz alır.

Big Maklar qiyamətdir. Royal çizbuger. Əla şeydir.
Donald Tramp

Lakin milyarder Donald Tramp fərqli həyat tərzi keçirir. The New York Times qəzetinin yazdığına görə ABŞ-ın növbəti prezidenti olacağına ümid bəsləyən Tramp fastfudun məftunudur.

Tramp CNN-də Anderson Kuperlə müsahibəsində “Biq Makın ləzzətli, dadlı” olduğunu deyir.

Cənab Trampın prezidentlik kampaniyası intizamsız, tələskənlik və özünə aludəçiliyi ilə yadda qalıb.

Bəs onun yemək tərzi haqda nə bilirik?

Sağlam həyat tərzi qlobal üstünlüyə çevrildiyi bir vaxt, cənab Tramp bu barədə rahat davranır.

İnstaqram və Tvitterdə Tramp öz mətbəx zövqünü xalqla paylaşdığında nahara bir səbət Kentaki Qızardılmış Toyuq (KFC) olduğu görülür.

O, McDonalds, tam bişmiş steyk, hamburger və spagetti yeməyi sevir, çay, qəhvə və spirtli içkilərdən isə xeyli uzaq durur.

Lakin Tramp təmizliyə çox həssasdır.

“Siz bir pis hamburqerlə MakDonaldsı batıra bilərsiz. Bu onların biznesinin sonu ola bilər. Mən çox təmizkar insanam. Təmizliyi sevirəm. Düşünürəm ki, yeməyin necə, haarda bişdiyini bilmirsizsə həmin yerə getməyi dayandırmalısız. Bu, əsas normativdir,” deyə Kupperlə müsahibəsində Tramp bildirib.

XS
SM
MD
LG