Accessibility links

Trampa dəstək artır


Prezidentliyə Respublikaçı namizəd Donald Tramp deyir ki, Amerika xalqının “böyük ürəyi” olsa da, onlar “qaçqın riskini ala” bilməzlər.

Tramp çərşənbə axşamı Virciniya ştatının Vircinia Biç şəhərində əsasən hərbi tərəfdarı kütlə qarşısında sulları cavablandırıb. Sualları isə Tramp onun ən böyük tərəfdarlarından olan təqaüdə çıxan general Maykl Flin ünvanlayıb.

O, prezidentliyə Demokrat namizəd Hillari Klintonu ölkəyə daxil olmasına icazə verilən miqrantların sayının artırmaq yollarını axtarmaqda günahlandırıb.

Florida ştatının Tampa şəhərində isə çıxış edən Klinton Trampa terrorçulara qarşı nüvə silahlarından istifadə etməyi təklif etdiyinə görə hücum edib.

Çərşənbə axşamı açıqlanan CNN rəy sorğularının nəticələri Trampın Klintondan 45-43 faiz səs fərqi ilə öndə getdiyini göstərir, digər milli sorğu nəticələrinə əsasən isə Klinton 3 faiz öndədir.

Bundan əlavə çərşənbə axşamı Tramp təqaüdə çıxmış 88 general və admiralın dəstəyini qazanıb. Tramp bu insanların onun ölkənin ordusunu bərpa edəcəyinə və sərhədlərdə mühafizəni artıracağına inandıqlarını deyib.

Ancaq mühafizəkar Dallas Morning News qəzeti onun prezidentliyə namizədliyini dəstəkləməkdən imtina etməsi Tramp üçün böyük zərbə oldu. Bu, 1964-cü ildən bəri ilk dəfədir ki, qəzet Ağ Ev uğrunda mübarizədə Respublikaçı namizədi dəstəkləməkdən imtina edir.

XS
SM
MD
LG