Accessibility links

Qüdslə bağlı qərar və Yaxın Şərq sülh prosesinin gələcəyi


Yaxın Şərq sülh prosesi və Qüdslə bağlı qərar
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Qüdsün İsrailin paytaxtı olaraq tanınması kimi Ərəb və müsəlman ölkələrinin əksəriyyəti tərəfindən ciddi tənqidlərlə qarşılaşmış qərara baxmayaraq, Tramp administrasiyası Yaxın Şərq sülh prosesinə sadiq qaldığını bildirib.
Birləşmiş Ştatların Qüdslə bağlı uzun müddətdir mövcud siyasətində hər hansı bir dəyişiklikliyə baxmayaraq, ABŞ dövlət katibi Reks Tillerson deyib ki, “israillilər və fələstinlilər arasında sülhə nail olunması üçün yaxşı imkan var”.

“Prezident Yaxın Şərq sülh prosesinə sadiqdir. Onun demək olar Ağ Evə gələn kimi yaratdığı bir komandası var. Bu komanda sülh prosesinə yeni yanaşmalar üzərində səylə iş görür. Onlar sülh prosesi ilə əlaqədar regionda çoxları ilə əlaqə qurub.”

Tillersonla bu komandanın rəhbəri-prezidentin baş müşavirlərindən biri və kürəkəni Cared Kuşner arasında fikir ayrılıqlarının olduğu haqda məlumar verilir. Kuşner sülh planının hazırlanması məqsədilə regiona bir neçə dəfə səfər edib.

Prezident sülh prosesini yenidən müzakirələrə qaytardı və biz bununla qürur duyuruq.
Cared Kuşner

Kuşner Qüdsün İsrailin paytaxtı elan edilməsindən öncə deyib ki, Tramp hələ prezidentlik uğrunda mübarizədə qələbədən öncə də skeptikləri onların yanlış olduğuna inandırıb və indi də bunu edir.

“Prezident sülh prosesini yenidən müzakirələrə qaytardı və biz bununla qürur duyuruq, çünki biz fikirləşirik ki, buna nail olmaq mümkündür və biz düşünürük ki, bunun indiki vaxtda və nə üçün baş verməsi üçün bir çox səbəblər var.”

Mən bunun sülh prosesinə son qoyacağını, ya da Amerikanın bir vasitəçi kimi yararsız olduğunu demək istəmirəm.
Ceyms Zoqbi

Fələstin rəsmiləri və digər ərəb liderlər prezidentin ABŞ-ın Qüdslə bağlı siyasətini dəyişməsilə bağlı xəbərdarlıq edərək, bunun zorakılıqlara yol aça biləcəyini bildirib.

Ərəb Amerika İnstitutunun nümayəndəsi Ceyms Zoqbi.

“Yaraya bir az da duz tökmək istəməzsiniz, çünki bunun nəticələri olacaq. Mən bunun sülh prosesinə son qoyacağını, ya da Amerikanın bir vasitəçi kimi yararsız olduğunu demək istəmirəm. Çünki Amerika artıq bir vasitəçi kimi yararsızdır və sülh prosesi mövcud deyil.”

Zoqbi və başqaları bildirib ki, Trampın ABŞ-ın uzun müddətdir mövcud siyasətini dəyişdirməsi seçki kampaniyası zamanı dindar seçicilərə verdiyi sözə əməl etmək üçün etdiyi mümkündür.

Senatda azlıqda olan demokratların lideri Çak Şumer Qüdsün İsrailin paytaxtı elan edilməsi qərarına dəstək verdiyini bildirib. Məsələ həm ABŞ-da, həm də dünyada partiya mənsubiyyətindən asılı olmayaraq həssas bir məsələdir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG