Accessibility links

Ağ Evdə prezident aparatının yeni rəhbəri Con Kelli işə başlayıb


Prezident Donald Trampın Ağ Evdə administrasiyasında bu həftə yeni dəyişikliklər baş verib. Hərbi dəniz qüvvələrinin təqaüddə olan keçmiş generalı Con Kelli son aylar Daxili Təhlükəsizlik naziri vəzifəsini icra etdikdən sonra prezident aparatının rəhbəri təyin edilib. Trampın tərəfdarları və tənqidçiləri Kellinin prezidentin hakimiyyətinin altı ayında qarışıqlıq dövründən sonra Ağ Evin fəaliyyətini qaydaya sala biləcəyini gözləyir.

Bir neçə həftə sürən qarışıqlıqdan sonra prezident Tramp Ağ Evdə işləri yoluna qoymaq üçün keçmiş general Con Kelliyə üz tutdu.

“Biz gərgin işləyəcəyik və Amerikanı yenidən möhtəşəm edəcəyik. Bunun məqsədi Amerikanı yenidən möhtəşəm etməkdir. Biz bu işlə məşğul olacağıq”, deyə prezident Tramp Kellini Ağ Evdə təqdim edərkən bildirib.

Kelli prezidentin ictimai əlaqələr şöbəsinin keçmiş rəhbəri Antoni Skaramuççi ilə gərgin münasibətləri olan Reyns Pribusu bu vəzifədə əvəz edəcək.

Skaramuççi Kellinin işdə ilk günü vəzifəsindən kənarlaşdırılıb. Bu, Kellinin Ağ Evdə aylardır sürən çəkişmələrə son qoymaq işinə ciddi yanaşdığının göstəricisidir.

Kris Vippl Ağ Evdə prezident aparatının rəhbərinin administrasiyada mühüm rolu ilə bağlı kitabın müəllifidir.

“Ağ Evi Manhettendə daşınmaz əmlak şirkəti kimi, müşavirlərin gəlib-getdiyi, vahid komandanın olmadığı və heç kəsin sizin proqramınızı həyata keçirmək işinə görə məsuliyyət daşımadığı bir şəkildə idarə edə bilməzsiniz.”

Kris Vipplin sözlərinə görə, Kellinin uğuru onun təsir dairəsidən asılı olacaq.

“Hər bir prezident, bəzən çətinliklə də olsa öyrənir ki, Ağ Evdə işçilər arasında prezident aparatının rəhbərinə müxtəlif işləri görmək üçün, xüsusilə də sizin proqramınızı həyata keçirmək və sizə eşitmək istəmədiyiniz sözləri demək üçün ona birincilik vermədən effektiv şəkildə idarə edə bilməyəcək.”

Prezident Tvitter səhifəsində Ağ Evdə qarışıqlıq olmadığını yazıb.

Lakin vəzifədə olduğu ilk altı ayda Tramp aşağı reytinqlər və Rusiya ilə bağlı təhqiqat kimi sınaqlarla qarşılaşıb.

Səhiyyə islahatları səylərinin Senatda uğursuzluğa uğramasından sonra isə Trampın Konqresdə də proqramının həyata keçirilməsi çətinliklərlə qarşılaşıb.

Prezident Tramp seçki elektoratı və tərəfdarlarına üz tutur.

“Biz prezident Trampa dəstək verməliyik. O bacardığı qədər çox yaxşı işləyir,” Tramp tərədfdarı bildirib.

Bəzi təhlilçilər Kellinin prezidentə təsir göstərə biləcəyi, xüsusilə də onun Tvitterdə mesaj yazmaq adətinin qarşısını ala biləcəyini bildirir.
Təhlilçi Kayl Kondik Trampın reytinqlərinin müəyyən müddətdir aşağı olduğuna diqqət çəkir.

“O bir qədər sakitlik göstərsə, mən ümid edirəm ki, ictimaiyyət onu bağışlayacaq, amma hələlik onun prezidentliyi dövrü bu, baş verməyib.”

Kelli Ağ Evdə prezidentin Trampın komandasına ABŞ-ın 45-ci prezidentinin ilk çətin altı aydan sonra siyasi mövqeyini möhkəmlətməyə çalışdığı bir vaxt qoşulur.

XS
SM
MD
LG