ABŞ prezidenti Donald Tramp Arizona ştatında Meksika ilə sərhəd yaxınlığında yoxlama məntəqlərini ziyarət edəcək.
Tramp Yumaya səfəri ABŞ-ın cənub-qərb bölgəsində sərhədin bəzi yerlərində artıq mövcud divarın günişləndirilməsi planlarının maliyyələşdirilməsi üçün Konqres tərəfindən razılıq almaqda çətinlik çəkdiyi vaxt edir.
Tramp ABŞ-ın Gömrük və Sərhəd Mühafizə Xidmətinin obyektlərində sərhəd keçidinin izlənməsi və aşkar edilməsində istifadə edilən avadanlıqla tanış olacaq. Amerika prezidentinin mühafizə xidmətinin yerli işçiləri ilə bağlı qapılar arxasında görüş keçiricəyi gözlənilir.
Sərhəd müafizəsi və immiqrasiya qaydalarına nəzarət edən ABŞ-ın Daxili Təhlükəsizlik nazirliyi çərşənbə axşamı günü Yumada uğurları qeyd edərək, son illərdə sərhədin keçilməsi hallarının azaldığını bildirib.
Lakin Trampın səfərindən öncə nazirliyin rəsmilərindən biri divar və ya səddin çəkilməsinin kifayət olmadığını deyib. Konqres qarşısında ifadə verən digər rəsmilər kimi o, texnologiyanın, izləmə prosesinin və infrastrukturun yaxşılaşdırılmasının önəmini vurğulayıb. Buraya rəsmilərin sözlərinə görə, sərhədin bəzi hissələrinə gedən yolların yaxşılaşdırılması, eləcə də sərhəd mühafizə xidmətində çalışan işçilərin sayının artırılması və sərhəd təhlükəsizliyinin gücləndirilməsi daxildir.
Prezident və onun administrasiyası yanvar ayında hakimiyyətə gəldikdən sonra ölkədə immiqrasiya qanunları və deporatiyasiya sistemində ciddi dəyişikliklər edilməsnə çalışır.
Birləşmiş Ştatlara qeyri-qanuni immiqrasiyanın qarşını almaq məqsədilə sərhəd boyu divarın inşası Trampın 2016-cı il przident seçki kampaniyasının əsas vədlərindən biri idi. O, divarın inşası xərclərinin Meksika tərəfindən ödəniləcəyini deyir, Meksika isə dəfələrlə bunu etməyəcəyini bildirirdi. Divarın inşası ilə bağlı məsələ iki ölkə arasında münasibətlərdə gərginliyə yol açmışdır.
Tramp daha sonra Meksikanın divarın inşası ilə bağlı xərcləri Birləşmiş Ştatlara əvvəl-axır ödəcəyini deyərək,, ilk növbədə Konqresin onu maliyyələşdirməli olduğunu bildirib.