Accessibility links

Trampın bəyanatları Asiya ölkələrində debatlara yol açıb [Video]


Trampın bəyanatları Asiya ölkələrində debatlara yol açıb
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Donald Tramp ABŞ-ın növbəti prezidenti seçilsə Amerikada Asiyadakı yaxın hərbi müttəfiqlərin nüvə silahı ilə təmin edilməsi tərəfdarı olan mühafizəkarlar önə çıxa bilər. Trampın ABŞ-ın Asiyaya diqqət yetirməsinə dair açıqlamaları Birləşmiş Ştatların regionun təhlükəsizliyi ilə bağlı təəhhüdlərinə dair şübhələr yaradıb və regiondakı müttəfiqlərin özlərini müdafiə etmək üçün nüvə silahına ehtiyacları olduğunu deyənlərin arqumentlərini gücləndirib.

ABŞ prezidentliyinə namizəd Respublikaçı Donald Tramp seçki kampaniyası zamanı Yaponiya və Cənubi Koreyanın nüvə silahı istehsal etməsinə icazə verəcəyini və öz ölkələrində ABŞ hərbi bazaları üçün artıq maliyyə ödəməyə razı olmayan ölkələrdən əsgərləri çıxara biləcəyini deyib.

Hazırda Cənubi Koreyada 28 500, Yaponiyada isə 54 000 ABŞ əsgəri mövcuddur. Tokio hər il ölkədəki hərbi bazaya görə Vaşinqtona 1.6 miliyard, Seul isə 866 miliyon dollar pul ödəyir.

Bəzi ekspertlər deyir ki, Trampın ABŞ-ın müttəfiqlərinin nüvə silahı ilə təmin edilməsini nəzərdən keçirməsi Nüvə Silahlarıının Yayılmamasına dair Müqaviləyə ziddir.

Mun Keun-Sik: “Əgər Trampın dediyi kimi, ABŞ müttəfiqləri özlərini müdafiə etməyə başlasa, müttəfiqlik pozulacaq və bu Asiyada nüvə domino effektinə gətirib çıxaracaq.”

Lakin Trampın qüvvələri Asiyadan çəkmək haqda təhdidləri Yaponiya parlamentində və Cənubi Koreyanın Milli Assambleyasında müdafiə üçün artıq ABŞ-dan asılı olmadıqların dyən azlıqdakı səslərin güclənməsinə gətirib çıxara bilər.

Hiroşi Nunokava: "Əgər Trampın bəyanatları reallaşsa, mən inanıram ki, bununla razılaşacaq çoxlu siyasətçilər olacaq."

Cənubi Koreya və Yaponiyanı nüvə silahı ilə təmin etmək regionda gərginliyin artması, Şimali Koreyanın nüvə proqramına legimitlik qazandırılması və Kim Conq Un hökumətinə qarşı beynəlxalq sanksiyalara Çin və Rusiyanın dəstəyinə son qoyulması ilə nəticələnə bilər.

Trampın hələlik prezident deyil, namizəd olmasına baxmayaraq, onun bəyanatları Asiyada rezonans yaradıb və çoxları inanır ki, onun mesajları Amerikanın regionda təəhhüdlərinə inamın azalmasına səbəb olur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG