Accessibility links

ABŞ prezidenti avropalı həmkarları ilə görüşlər keçirir


ABŞ prezidenti bu gün avropalı həmkarları ilə görüşlər keçirir.

Donald Tramp Twitter hesabında görüşün Almaniyanın Hamburq şəhərində baş tutacağını yazıb. Onun bildirdiyinə görə, Böyük İyirmilərin iqtisadiyyat sammmatindən önzə Almaniya, Fransa və İtaliya liderıəri ilə müzkaiələr keçiriləcək. Lakin ABŞ dövlət başçısı danışıqların mövzudsu barədə məlumat verməyib.

Almaniya kanselri Angela dünya liderlərinin qlobal terrorizmlə mübarizə sahəsində əhatəli razılıq əldə ediləciynə emid etdiyini deyib.

Daha əvvəl Merkel müxbirlərə deyib ki, Paris sazişi gələn ay keçiriləcək sammitdə gündəmə gətiriləcək. O, ABŞ-ın Böyük İyirmilərin tərkibində olmasının vacibliyini dilə gətirib.

Fransa prezidenti Emmanuel Makron da eyni bəyanatla çıxış edərək, Avropa liderlərinin sazişlı bağlı ciddi öhdəliklər götürdüyünü vurğulayıb.

Donald Tramp hesab edir ki, bu sazişdə qeyd olunan qaydalar ABŞ-ın iqtisadi inkişafının yavaşlamasına səbəb olacaq.

ABŞ dövlət başçısı Paris sazişinin iqtisadi artıma mane olduğunu, amerikalılara işlərini itirmələrinə səbəb olmaqla yanaşı, fabric və zavodların bağlanmasına yol açdığını deyib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG