Accessibility links

Tramp ABŞ-ın 3 ən böyük avtomobil konserninin liderləri ilə görüşüb


ABŞ prezidenti Donald Tramp Ağ Evdə avtomobil konsernlərinin liderləri ilə görüşdə
ABŞ prezidenti Donald Tramp Ağ Evdə avtomobil konsernlərinin liderləri ilə görüşdə

ABŞ prezidenti Donald Tramp Amerikanın üç ən böyük avtomobil istehsalçısı olan şirkətllərin liderləri ilə görüşərək, istehsalın xaricdə deyil, Birləşmiş Ştatlarda genişləndirilməsinə söz verib.

"Mən burada satılacaq avtomobillər istehsal edən yeni zavodların burada tikilməsini istəyirəm"-Tramp Tvitter səhifəsində yazıb.

General Motors, Ford və Fiat Chrysler şirkətlərinin rəhbərləri ilə görüşdən bir gün öncə ABŞ-ın yeni prezidenti Birləşmiş Ştatlarda istehsal sahəsində daha çox iş yerlərinin açılmasına nail olmaq məqsədilə korporasiya liderlərini Ağ Evə dəvət edib.

Keçən həftənin cümə günü ölkənin 45-ci prezidenti kimi inaqurasiyasından öncə Tramp ABŞ avtomobil istehsaçılarını əməliyyatları Meksikada genişləndirdiklərinə görə tənqid edib. Tramp şirkətlərin ABŞ-da iş yerləri yaratmaq planlarını elan etməsindən sonra onlardan razılığını bildirib.

Birləşmiş Ştatların yeni prezidenti birnez liderlərinə xəbərdarlıq edib ki, o, Konqresin istehsalı başqa ölkəyə köçürən və sonradan məhsulları ABŞ-a gətirib Amerika istehlakçılarına satan şirkətlərə 35 faizədək gömrük vergisi tətbiq etməsinə çalışacaq. Tramp şirkətlərin istehsalı ABŞ-da saxlamasının stimullaşdırılması məqsədilə hökumət məhdudiyyətləri və vergilərin ciddi şəkildə azaldılacağına söz verib.

Mən burada satılacaq avtomobillər istehsal edən yeni zavodların burada tikilməsini istəyirəm.
Donald Tramp

Avtomobil sənayesi ABŞ iqtisadiyyatında mühüm rol oynayır, lakin 2000-ci ildən etibarən bu sahədə beş milyondan çox iş yeri itirilib və istehsal ucuz işçi qüvvəsi tapmaq məqsədilə başqa ölkələrə köçürülüb. Meksikada avtomobil zavodlarında çalışan fəhlələrin maaşı Amerikada fəhlələrin maaşının beşdə bir, bəzən isə bundan az hissəsini təşkil edir.

Hazırda Birləşmiş Ştatlarda sənaye sahəsində çalışanların sayı 12.3 milyondur. Bu rəqəm böyük görünsə də, 1960-ci illdə bu sahədə çalışanların işçi qüvvəsinin dörddə birini təşkil etdiyi ilə müqayisədə bu gün Amerikada 10 işçidən birinin zavodlarda çalışması deməkdir.

Tramp istehsal sahəsini prezidentlik vəzifəsinin icrasına başladığı ilk gündən vurğulayır. Bunun əsas səbəbi ölkənin mərkəzində fəhlə sinfinin nümayəndələrinin seçkinin nəticələri üçün həlledici olan ştatlarda ona səs verməsi ilə əlaqədardır. Onların çoxu ölkə 2008 və 2009-cu illərdə tənəzzüldən çıxsa da, dünya iqtisadiyyatında qloballaşma prosesindən kənarda qalaraq, iş yerlərini itirib, ya da əvvəllki maaşları ilə müqayisədə üç dəfə az gəlir əldə edir.

Bazar ertəsi Tramp Dow Chemical, SpaceX, Dell kompyuter, Johnson & Johnson farmasevtika, Lockheed Martin aerofəza şirkətləri və başqa şirkətlərin liderlərinin 30 gün ərzində ona ABŞ-da istehsal sahəsində inkişafa nail olmaq üçün plan təqdim etmələrini istəyib.

XS
SM
MD
LG