Accessibility links

Donald Tramp: Müəyyən vəzifələrdə yoxsul insanların çalışmasını istəmirəm


ABŞ prezidentinin ötən axşam Ayova ştatındakı çıxışı tərəfdarlarının sürəkli alqışları ilə qarşılanıb.

Cedar Rapids şəhərində kampaniya aparan Donald Tramp Vaşinqton bataqlığını tərk etməyin həmişə gözəl bir iş olduğunu deyib. O bildirib ki, əsl vətənpərvərlə, işgüzar insanlarla təmasdan zövq alır.

Bir saatdan artıq sürən çıxışı zamanı ABŞ dövlət başçısı Ağ Evdəki 5 ay müddətində əldə etdiyi nailiyyətlərdən bəhs edib.

Tramp müəyyən vəzifələrdə yoxsul insanların çalışmasını istəmədiyini deyib.

Trapın kabinetində baş iqtisadi müşavir Qari Con və ticarət naziri Uilbur Ross daxil edilməklə, bir sıra zəngin insan yer alır.

Ayova tədbiri Trampın hakimiyyətə gəldiyindən bəri 5-ci kampaniyasıdır. Prezident seçkilərdə qələbəsini təmin edən ştatlarda kampaniya aparır.

Donadl Tramp 2020-ci il prezident yarışlarında iştirak edəcəyini artıq bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG