Accessibility links

Tramp Baltikyanı dövlətlərin liderlərini qəbul edir [Video]


Tramp Baltikyanı dövlətlərin liderlərini qəbul edir
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Prezident Donald Tramp Ağ Evdə Estoniya, Latviya və Litva liderlərini qəbul edəcək. Bu, zirvə toplantısı Rusiya və Qərb arasında gərginliyin artdığı bir zaman keçirilir. Görüşdən öncə Baltikyanı dövlətlərin liderləri ABŞ-a Rusiyanın hədələrinə ciddi yanaşılmalı olduğunu bildiriblər.

ABŞ vitse-prezidenti Mayk Pens keçən il Estoniya səfəri zamanı aydın şəkildə bildirdi ki, Birləşmiş Ştatlar Rusiya aqressiyası ilə üz-üzə olan üç Baltikyanı xalqın yanındadır.

“Prezident Donald Trampın rəhbərliyi altında Amerika Birləşmiş Ştatları Baltikyanı ölkələrdə hər hansı güc istifadəsi, təhdid cəhdlərini rədd edir və müttəfiqlərinə qarşı eyni cəhdlərə qarşıdır.”

Baltikyanı ölkələrin liderləri Rusiyanın region üçün yaratdığı təhlükəni vurğulaması gözlənilir. Moskva Latviya və İsveçə çox yaxın ərazilərdə raket sınaqlarını keçirməyə davam edir. Bəzi ekspertlər deyirlər ki, NATO dövlətləri Trampın tez-tez Rusiya prezidenti Vladimir Putin haqqında xoş ifadələr işlətməsindən narahatdırlar. Bununla bərabər onlar ABŞ-ın hansı addımlar atacağını izləyirlər.

Maqnus Nordeman, Atlantik Şura: “Digər tərəfdən də, düşünürəm ki, Baltikyanı dövlətlər ABŞ-ın reallıqda Avropada qoşun rotasiyası, Şimali Avropada hərbi manevrlər məsələsində nə etdiyinə baxırlar. Həmin məsələlərdə onlar ABŞ-ın öhdəliklərini yerinə yetirdiyini və həmin regionda təhlükəsizliyin təmin edilməsində ciddi səylər görürlər.”

Heritage Foundation-dan Lük Koffi deyir ki, Tramp Rusiya məsələsində çox sərt mövqe ortaya qoyub.

“O bu yaxınlarda 60 rusiyalı diplomatı ölkədən çıxardı. Ukrayna və Gürcüstanı silahlarla təmin etdi.”

Ekspertlərin əksəriyyəti razıdır ki, Baltikyanı dövlətlərin Rusiyaya güclü siqnal göndərməsi üçün öz ərazilərində ABŞ hərbçilərinin daimi yerləşməsini istəyərdilər. Hal-hazırda isə bu ərazidə mütamadi olaraq NATO-nun hərbi məşğələləri keçirilir.

Maqnus Nordeman, Atlantik Şura: “Düşünürəm ki, onlar ABŞ-ın Baltikyanı dövlətlərdə yerləşməsini çox istəyirlər. Bununla da ABŞ təhlükəsizliyə öhdəliyi haqqında siqnal verəcək.”

Lük Koffi, Heritage Foundation: “Bu bizim təşkilatın təşviq etdiyi bir məsələdir. Orada rotasiyalardansa, əsaslı yerləşmək lazımdır. Nə qədər ki, Baltikyanı dövlətlər bizi istəyirlər, biz qonaq qismində orada olmalıyıq.”

ABŞ prezidenti və Baltikyanı dövlətlərin liderləri arasında həm də ticarət, investisiya və mədəni mübadilə müzakirəki olacağı gözlənilir.

XS
SM
MD
LG