Accessibility links

Tramp Baydenin ümummilli maska taxmaq qaydası barədə çağırışlarını rədd edir


Demokrat Partiyasından prezidentliyə namizədi Co Bayden Birləşmiş Ştatlarda koronavirusdan ölümlərin sayının azaldılması məqsədilə ümummilli miqyasda maska taxılmasına çağırıb.

"Bunun nə Demokratlar, nə Respublikaçılar, nə də bitərəf olmanqla heç bir əlaqəsi yoxdur. Hər bir amerikalı azı qarşıdan gələn üç ay ərzində küçəyə çıxarkən maska taxmalıdır," Bayden bildirib.

Bundan bir neçə saat sonra prezident Donald Tramp Baydenin pandemiyanı siyasiləşdirməkdə günahlandıraraq maska mandatının iqtisadiyyatı iflasa uğradacağını və Baydenin "bütün amerikalıları aylarla zirzəmilərində kilidləmək" istədiyinin depressiyaya səbəb olacağını deyib.

Vilminqtonda çıxışı zamanı keçmiş vitse-prezident ABŞ ştatlarının qubernatorlarını maska taxmağı məcburi qaydaya çevirməyə çağırıb və əlavə edib ki, "mütəxəssislər bunun növbəti üç ayda 40,000 insanın həyatını xilas edəcəyini deyir."

Tramp administrasiyası milli maska mandatı tələblərini dəfələrlə rədd edib və bu qərarı ştat qubernatorlarının öhdəsinə buraxıb.

Delavar ştatında bir qrup müxbirlə görüşən Bayden deyib: "Söhbət sizin haqlarınızdan getmir. Bu, bir amerikalı kimi sizin məsuliyyətinizlə bağlıdır. Bura Amerikadır. Vətənpərvər olun. Vətəndaşlarınızı qoruyun. Düzgün olanı edin.”

Axşam keçirilən mətbuat konfransı zamanı prezident maska taxmağı vətənpərvər əməl kimi vurğuladığını bildirib.

"Bəlkə də yaxşıdır, bəlkə də əladır, bəlkə də o qədər də yaxşı deyil," Tramp maskalardan danışıb. "Əslində sənin itirməyə nəyin var?" Prezident soruşub.

Tramp maska taxmağın azadlıq məsələsi olduğunu və bunun Birləşmiş Ştatlarda siyasi fikir ayrılıqlarına səbəb olduğunu bildirib.

“Biz müəyyən bir azadlığa sahib olmaq istəyirik. Bizim dediyimiz budur," Tramp deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG