Accessibility links

Tramp ilk dəfə Baydenin “qalib gəldiyini” etiraf etsə də, səsvermənin saxtalaşdırıldığı iddiasını davam etdirib


ABŞ Prezident Donald Tramp ilk dəfə Demokrat Co Baydenin təxminən iki həftə əvvəl keçirilən seçkilərdə “qalib gəldiyini” etiraf etsə də, səsvermənin saxtalaşdırıldığı üçün məğlub olduğu barədə əsassız iddialar irəli sürməkdə davam edib.

Media qurumlarının Baydenin prezident seçildiyi və yanvarın 20-də vəzifəyə gəlməsi üçün 538 üzvlü Seçki Kollegiyasının lazımi 270 səs çoxluğunu topladığını deməsinə baxmayaraq, Respublikaçı prezident keçmiş vitse-prezidentə rəsmi şəkildə məğlub olduğunu etiraf etməkdən imtina edir.

Twitter hesabında paylaşdığı şərhlərdən birində Tramp yazıb ki, Bayden seçkilərin saxtalaşdırıldığı üçün qələbə qazanıb.

Tramp seçki ilə əlaqədar əsassız ittihamlar irəli sürərək, “səsverməni izləyən və ya müşahidə edən olmadığını deyib. O bildirib ki, səsvermə Radikal Solçu özəl Dominion şirkəti tərəfindən keçirilib. Prezident çox pis reputasiyaya malik olan bu şirkətin qələbə əldə etdiyi Texasa belə girə bilmədiyini deyib. ABŞ dövlət başçısı Fake və susqun media və digərlərini də günahlandırıb.

Tramp Twitter "Seçki saxtakarlığına dair bu iddia mübahisəlidir."

Daha sonra Tramp seçkilərinin nəticəsi ilə bağlı fikirlərinə aydınlıq gətirərək “Bayden yalnız FAKE XƏBƏR MEDİASI gözündə qalib gəldi. Heç nəyi qəbul etmirəm! Qarşımızda uzun bir yol var. Bu, saxtalaşdırılımış seçkilər oldu!" - deyə, yazıb.

ABŞ Prezidenti Donald Trampın Demokrat Co Baydenin proqnozlaşdırılan qələbəsini ləğv etmək üçün qaldırdığı məhkəmə iddiaları cümə günü nəticə verməyib. Belə ki, məhkəmələr seçkidə qanunauyğunsuzluq və saxtakarlıqla bağlı ittihamları rədd edib.

Bayden isə bazar günü yeni hökumətin təşkili və Nazirlər Kabinetinə namizədlərin irəli sürülməsi mövzusunda məsləhətçiləri ilə görüşlər keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG