ABŞ prezidenti Donald Tramp BMT-nin Baş Assambleyası qarşısında ilk çıxışında Şimali Koreya, İran və Venesuelanı xüsusi qeyd edərək bu ölkələri tənqid hədəfinə çevirib. O, Şimali Koreya təhlükəsini dünyada başlıca qlobal risk adlandırıb.
Prezident Tramp tribunaya qalxan zaman nümayəndələrlə dolu zalda Şimali Koreya səfirinin yeri boş idi.
ABŞ prezidenti söz seçimində çətinlik çəkməyərək, Şimali Koreya liderini “raket adam” adlandırdı.
“Birləşmiş Ştatlar böyük gücə və təmkinə malikdir, amma özünü və ya müttəfiqlərini müdafiə etməyə gələndə, bizim Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz qalmayacaq. Raket adam özü və rejimi üçün intihar missiyasını həyata keçirir.”
Prezident Tramp İranın rəhbərliyini də “terrorçu qrupları maliyyələşdirdiyini” deyərək ciddi tənqidlərə məruz qoydu.
“İran hökuməti korrupsiyalaşmış diktatorluğu saxta demokratiya pərdəsi altında maskalayır. Hökumət zəngin tarixə və mədəniyyətə malik ölkəni rəhbərləri zorakılıq, qan tökülməsi və qarışıqlıq yaradan, iqtisadi cəhətdən zəifləmiş yaramaz bir ölkəyə çevirib.”
Veneseulaya gəldikdə Tramp prezident Nikoa Maduronun “fəlakətli” siyasətinin bir zamanlar çiçəkçənən ölkəni iqtisadi uçuruma yuvarladığını deyib.
“Nikola Maduronun sosialist diktatorluğu bu ölkənin yaxşı insanlarına dəhşətli ağrılar və əziyyətlər gətirib. Bu korrupsioner rejim dünyanın hər yerində yoxsulluq və səfalətlə nəticələnmiş uğursuz ideologiyanı tətbiq etməklə çiçəklənən ölkəni məhv edib.”
Venesuelanın nümayəndə heyəti Trampın nitqi boyu sakit otursa da, xarici işlər naziri çıxışdan sonra həyəcanla söz alaraq bunları deyib.
“Bu, ilk dəfədir bura gəlib və müharibə, ölkələri dağıtmaqdan, başqa ölkələri bloklamaqdan danışan bir prezidentdir. Təbii ki, bütün dünyada insan haqlarını pozan bir ölkənin gəlib qalan ölkələrlə sanki öz işçiləri kimi danışmağa mənəvi haqqı yoxdur.”
Sərt tonuna baxmayaraq, Trampın niqtində onun administrasiyasının aylardır toxunduğu məsələlər yer alıb. ABŞ-ın keçmiş diplomatı Zalmay Xəlilzad.
“Onlar böyük dəyişiklikləri görməklə yanaşı, hazırda bəzi məsələlərə diqqətin vaxt keçdikcə dəyişməsinə baxmayaraq, istər demokrat, istərsə də respublikaçı prezident olsun, burada bir davamlılıq görür.”
Prezident Tramp növbəti günlər Nyu Yorkda dünya ölkələrinin liderləri ilə ikitərəfli görüşlər keçirib.