Accessibility links

Tramp açıq-sözlü BMT nümayəndəsini dəstəkləyir


Nikki Heylinin mövqeyi Tramp administrasiyasının xarici siyasət mövqeyindən ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi olmadan öncə də fərqlənirdi.

Donald Trampın Moskva ilə daha isti münasibətlərin vacibliyini vurğulamasına baxmayaraq, Senatda namizədliyinin təsdiqi ilə bağlı dinləmədə Heyli açıq-aydın bir şəkildə Rusiyanı Suriyadakı müharibə cinayətlərində ali olmaqda ittiham etmişdi.

O zamandan bəri üç ay keçib, amma Vaşinqton diplomatlarının narazılığına baxmayaraq, Heylinin fikirləri hələ də Ağ Ev və Dövlət Departamentindən çox fərqlənir.

Prezident Trampın digər yüksək səviyyəli məsləhətçilərinin Suriya prezidentinin aqibətinin Suriya xalqından asılı olduğunu deməsinə baxmayaraq, Heyli Bəşər Əsədə "Sizin təkəbbür və insanlığa qarşı etinasızlığınızın artıq sonu gəlib" deyərək xəbərdarlıq göndərib.

Tramp administrasiyasının Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Misir prezidenti Əbdel Fəttah Əl-Sissi kimi vətəndaş hüquqlarını təqib edən dünya liderləri ilə işləməyə hazır olduğunu bildirdiyi bir vaxt, Heyli xarici siyasətin əsas hissəsinin insan haqları olduğunu təkid edirdi.

ABŞ diplomatları Heylinin çıxışlarının ziddiyətli və əlaqəsiz beynəlxalq mesaja səbəb olacağından narahatdır.

Dövlət Departamentinin diplomatları Heylinin ofisinə onun yüksək profilli məsələlərlə bağlı ictimai çıxışlarının Vaşinqton tərəfindən təsdiq olunmasına çağıran email göndəriblər.

Lakin Heylinin Suriya höküməti ilə bağlı mövqeyi artıq özünü Trampın siyasətində əks etdirməyə başlayıb. Bundan əlavə administrasiya Rusiyaya qarşı mövqeyini də sərtləşdirib.

Ötən həftə Ağ Evdə BMT diplomatları üçün verilən yeməkdə Tramp Heylinin "gözəl iş gördüyünü" deyib, daha sonra isə zarafla əlavə edib ki, digər diplomatlar onu sevmirsə, Heyli asanlıqla əvəzlənə bilər.

Beynəlxalq siyasət sahəsində yeni olan Heylinin BMT nümayəndəsi olaraq seçilməsi qeyri-adi bir addım idi.

Cənubi Karolinanın qubernatoru olduğu dövrdə o, 2016 seçki kampaniyası zamanı Trampı açıq şəkildə tənqid edirdi. Bu mövqeyə sahib və administrasiyada yüksək vəzifələrə iddialı digər rəsmilər diskvalifikasiya olunurdu.

Prezidentin bütün diqqətin onun üzərində olmasını sevməsinə baxmayaraq, Heyli bu administrasiya daxilində ulduz işığına sahibdir. Heyli birnöv medianı sevməyən dövlət katibi Reks Tillersonun boş buraxdığı diqqət mərkəzini doldurur. Onun yüksək profilli şəxsiyyəti və gəncliyi onun bir gün prezidentliyə namizədliyini irəli sürəcəyi ilə bağlı spekulyasiyalara yol açıb.

Heylinin ofisi Dövlət Departamentinə tabe olsa da, administrasiya rəsmiləri deyir ki, onun işçi heyəti siyasət məsələlərində tez-tez departamenti yan keçir.

Onlar deyir ki, Heylinin müavini, Respublikaçı srateq Con Lerner Ağ Evin milli təhlükəsizlik apparatı olan Milli Təhlükəsizlik Şurasının yüksək səviyyəli rəsmiləri ilə yaxın əlaqədədir. Buna baxmayaraq, onların sözlərinə görə, Heylinin bəzi çıxışları eksprompt olur.

Amerikanın Səsinə adlarının açıqlanmaması şərti ilə danışan rəsmilər deyir ki, ötən bazar ertəsi Trampın BMT nümayəndələri ilə görüşünün təşkilində Dövlət Departamenti iştirak etməyib.

Görüş eksklüziv olaraq ABŞ-ın BMT-dəki nümayəndəliyi ilə Milli Təhlükəsizlik Şurası tərəfindən koordinasiya edilib.

Adətən BMT nümayəndəsinin ictimai çıxışları Dövlət Departamenti, bəzi hallarda isə digər nazirliklər tərəfindən təsdiqlənir. Prezident oğul Corc Buşun hakimiyyəti dövründə BMT-də nümayəndə olan Zalmey Xəlizad deyir ki, müxtəlif nazirliklərin mesajları bir-biriylə uyğun gəlməlidir. Lakin o, zarafat edərək, hazırkı administrasiyanın protokollara riayət etmədiyini əlavə edib.

Lakin həqiqətən də, Heylinin nazirliklərin mesajları ilə uyğun olmayan şərhləri administrasiya daxilindəki daha geniş tendensiyanı vurğulayır. Nazirliklər arasındakı zəif kommunikasiya müxtəlif məsələlərlə bağlı təfriqəyə səbəb olur.

Lakin Xəlilzadə Heylini tərifləyərək deyir ki, "onun siyasətçi kimi təcrübəsi ona verdiyi mesajın vacibliyi və keyfiyyətini iqrar etməyə yardım edir."

Heylini 2010-cu ildən bəri Respublikaçı Qubernatorlar Assosiasiyasından tanıyan Fil Koks isə deyir ki, Heylini Cənubi Karolina ştatının qanunvericilik hakimiyyətində işlədiyi zamanlardan bəri tanıyanlar üçün onun açıq sözlülüyü təəccüblü deyil.

XS
SM
MD
LG