Accessibility links

Trampın BMT-dəki prioriteti Şimali Koreyanı diplomatik yolla təcrid etməkdir


Prezident Donald Tramp gələn həftə BMT-nin Baş Assambleya görüşündə Şimali Koreyanın iqtisadi təcridini tələb edəcək. Bunu administrasiyanın iki yüksək səviyyəli rəsmisi bildirib. Onların sözlərinə görə, Tramp diplomatiyanın işə yaramamasının müharibə ehtimalını artıracağını iddia edəcək.

Cümə günü Ağ Ev brifinqində Vaşinqtonun BMT-dəki səfiri Nikki Heyli və Milli Təhlükəsizlik müşaviri H.R. MakMaster Təhükəsizlik Şurasının bu ay Şimali Koreyaya əlavə sanksiyalar tətbiq etmək addımını alqışlayıb, lakin Pxenyanın hədələyici əməllərinin davam etdiyini deyib.

Nikki Heyli və H.R MakMaster
Nikki Heyli və H.R MakMaster

MakMaster deyib ki, “məsələnin hərbi yolla həllinin” qarşısını almaq üçün diplomatiyaya olan qlobal dəstək və sanksiyaların sərt şəkildə icrası labüddür.

Raket sınağı

​Cümə günü Şimali Koreya Yaponiya üzərində raket uçurub. Bu isə dünya boyu Pxenyanın nüvə və raket proqramları inkişaf etdirməsi ilə bağlı narahatlıqları artırıb.

Trampın prezident kimi Birləşmiş Millətlər Təşkilatına ilk səfəri vitse-prezident Mayk Pens, dövlət katibi Reks Tillerson və digər rəsmilərin iştirak etdiyi yüksək-səviyyəli deleqasiyanın başçısı olaraq olacaq.

Onun dörd günlük səfəri bazar ertəsi beynəlxalq qurumda islahatlar barədə görüş keçirməsi ilə başlayacaq. Rəsmilər görüşə təxminən 120 BMT üzvünün iştirak edəcəyini deyir.

Səfir Heyli deyib ki, Trampın Baş Asssambleya qarşısındakı çıxışı qlobal ictimaiyyətin üzləşdiyi bir sıra probləmləri əhatə edəcək.

Vaşinqtonda Milli Maraq Mərkəzinin müdafiə araşdırmaları direktoru Harri Kazianis deyib ki, Tramp Baş Assambleya çıxışından istifadə edərək, Şimali Koreyanın təxribatçı adımlarına nəzarət etmək üçün Çinə qarşı təzyiqi artırmalıdır.

Mühüm fürsət

Prezident Corc Buşun hakimiyyəti dövründə Vaşinqtonun BMT-dəki səfiri vəzifəsinə çalışan Zalmey Xəlilzadə deyib ki, Trampın Baş Assambleya nitq onun dünyanı xarici siyasətinin hərbi güc deyil, yumşaq diplomatiyaya əsaslandığına inandırması üçün vacib fürsətdir.

Tramp Birləşmiş Ştatlara qarşı etinasızlığını heç bir zaman gizlətməyib. Hətta bir dəfə o, beynəlxalq qurumu “insanların bir araya gələrək, söhbət edib, yaxşı vaxt keçirmək üçün klub” alandırıb.

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Yaxın Şərq proqramının direktoru Con Alterman ddeyib ki, Baş Assambleya debatı Trampın bütün dünyanın diqqətini üzərinə çəkmək istəyi ilə uyğun gəlsə də, forum onun danışıq stili ilə uğyunlaşmır.

“Bu, onun sevdiyi mühit deyil, amma ABŞ prezidenti olaraq hər il bu iclasda iştirak etməlidir”, deyə Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Yaxın Şərq proqramının direktoru Con Alterman bildirib.

Buna baxmayaraq, prezident sessiya zamanı digər dünya liderləri ilə də təkbətək görüşlər keçirəcək. Lakin o, nə Rusiya prezidenti Vladimir Putin, nə də Çin prezidenti Şi Tsinpinqlə görüşməyəcək, çünki onların heç biri illik iclasda iştirak etməyəcək.

XS
SM
MD
LG