ABŞ prezidenti Donald Tramp Braziliyanı ölkəsinin hərbi müttəfiqi adlandırıb. Bu addım Latın Amerikası ölkəsinə müasir silahların satışını sürətləndirmiş olacaq.
Tramp Dövlət Departamentinə Braziliyanı NATO xaricində ABŞ-ın əsas hərbi müttəfiqi kimi qəbul etdiyinə dair bildiriş göndərib.
Bu statusa layiq görülən ölkələr Vaşinqtonun silah bazarlarına çıxışda prioritet əldə edir.
Bu qrupa artıq Misir, İsrail, Yeni Zelandiya və Tayvan daxildir.
Tramp Braziliya bu statusun veriləcəyini hələ may ayında elan etmişdi.
Prezident fəal şəkildə Braziliyanın yeni lideri "Braziliya Trampı" adlandırılan Jair Bolsonaru ilə əlaqələrin inkişafına çalışır.
Sağ cinaha aid olan Bolsonaru ötən il seçkilərində gözlənilmədən qələbə əldə etmişdi.
Latın Amerikasında əhali sayı baxımından öndə gedən Braziliya güclü iqtisadiyyata malik olsa da, korrupsiya və cinayətkarlıq kimi ciddi problemlər qarşısındadır.
Bolsonaru həm də ətraf mühit müdafiəçilər tərəfindən faydalı qazıntılar naminə Amazon cəngəlliklərinin istismarına görə tənqid edilir.
Tramp adminsitrasiyasının Braziliya ilə xam mal və ferma məhsulları ilə bağlı azad ticarəti razılığı üzərində işlədiyini bildirib.
Vaşinqton ötən il Braziliyanın polad və alüminiumuna tariflər tətbiq etsə də, sonradan o ölkəni tariflərdən istisna edib.