Accessibility links

Tramp Rusiyanı Skripalın zəhərləndirilməsində “faktlar əldə edilənə qədər” ittiham etməkdən çəkinib


ABŞ prezidenti Donald Tramp Britaniyanın gətirdiyi dəlillərə əsasən, keçmiş rus casus və onun qızının İngiltərədə zəhərləndirilməsinin arxasında Rusiyanın durduğunu etraf edib. Bununla belə o, Moskvanı “faktlar əldə edilənə qədər” ittiham etməkdən çəkinib.

Tramp çərşənbə axşamı Britaniyanın baş naziri Tereza Meylə Sergey Skripal və onun qızı Yuliyanın zəhərləndirilməsi ilə bağlı insidenti müzakirə edəcəyini deyib.

“Onların nə nəticə çıxardığını bilmirəm, amma o mənə bu gün zəng etməlidir”, Tramp əlavə edib.

Britaniyanın baş naziri Tereza Mey
Britaniyanın baş naziri Tereza Mey

Britaniya Rusiyaya Sovet İttifaqında hazırlanmış əsəb-sinir sisteminə təsir edən maddədən Skripalın zəhərləndirilməsindən necə istifadə edildiyinə dair izahat vermək üçün çərşənbə axşamı gününün sonuna qədər vaxt verib. Tereza Mey deyib ki, Rusiya bu tələbə əməl etməsə, Britaniya buna qarşı “genimiqyaslı ölçülərlə” cavab verəcək.

Rusiyanın xarici işrlə naziri Sergey Lavrov Moskvanın ittiham edilməməli olduğunda israr edərək, Rusiyanın yalnız Britaniya təhqiqatının istifadə edilən kimyəvi maddənin nümunələrini təqdim etdiyi halda əməkdaşlıq edə biləcəyini bildirib. Lakin Lavrov nümunələrin təqdim edilməsi haqda müraciətlər rədd edildiyini deyəək, bunun Kimyəvi Silahlara dair Konvensiyasının pozulması olduğunu bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrov

Britaniyanın baş naziri Tereza Mey bazar ertəsi deyib ki, hökumətin çıxardığı nəticəyə əsasən, bu ayın əvvəli keçmiş rus casusu Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsinə görə çox güman Rusiyanın məsuliyyət daşıyır.

Skripal və onun qızı Yuliya keçən bazar günü Britaniyanın cənubunda yerləşən Salsbury şəhərindəki parkda huşlarını itirmiş vəziyyətdə tapılıblar.

Sergey Skrial və onun qızının Salsböri şəhərinin parkında əsəb-sinir sisteminə təsir edən kimyəvi maddə ilə zəhərləndirildikləri yerdə tibbi ekpertiza aparılır.
Sergey Skrial və onun qızının Salsböri şəhərinin parkında əsəb-sinir sisteminə təsir edən kimyəvi maddə ilə zəhərləndirildikləri yerdə tibbi ekpertiza aparılır.

Skripal keşmiş Rusiya agentidir. O, 100 min dollar müqabilində Britaniyanın kəşfiyyat agentliklərinə Avropadakı rusiyalı casuslarla bağlı məlumat verdiyini etiraf edib.

Dörd il Rusiya həbsxanasında qaldıqdan sonra o, 2010-cu idlə ABŞ ilə aparılan casus mübadiləsi nəticəsində azadlığa buraxılıb və daha sonra Britaniyaya köçüb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG