Accessibility links

Tramp Ağ Evdə Nigeriya prezidenti Buhari ilə görüşüb


ABŞ prezidenti Donald Tramp və Nigeriya prezidenti Muhammadu Buhari Ağ Evdə görüş zamanı
ABŞ prezidenti Donald Tramp və Nigeriya prezidenti Muhammadu Buhari Ağ Evdə görüş zamanı

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Nigeriya prezidenti Muhammadu Buhari ilə görüşüb. Buhari Afrikanın səhraaltı bölgəsi ölkələrinin Vaşinqtonda Trampın hakimiyyəti dövrü Ağ Evdə qəbul edildiyi ilk lideridir.

Danışıqlar zamanı terrorizm təhlükəsi və Afrikanın təxminən 200 milyon nəfərlə əhalisinin ən çox olduğu ölkəsində iqtisadi inkişaf məsələləri diqqət mərkəzində olub.

Nigeriya hökuməti doqquz il bundan əvvəl İslam Dövləti yaratmaq məqsədilə üsyançı hərəkata başlayan ekstremist Boko Haram qrupuna qarşı mübarizə aparır. Qrupun fəaliyyətini genişləndirərək, başqa ölkələri də əhatə etməsi nəticəsində on minlərlə insan qətlə yetirilib, minlərlə qız qaçırılıb, bu isə Boko Haramı son illər Qərbi Afrikanın Sahel bölgəsi üçün ən ciddi təhlükələrdən birinə çevrilib.

Keçən il Tramp administrasiyası Nigeriya hərbi qüvvələrinin Boko Haram və İŞİD terrorçularına qarşı əməliyyatlarına dəstək və narkotiklərin dövriyyəsi, silah və insan qaçaqmalçılığına nəzarət etmək üçün 600 milyon dollarlıq ən müasir döyüş təyyarələri və təchizat satışını təsdiq edib.

Xilasetmə işçiləri Boko Haram militantlarının Nigeriyanın şimal-şərqindəki Maiduguri şəhərində törətdiyi hücumdan sonra hadisə yerində, 27 aprel, 2018.
Xilasetmə işçiləri Boko Haram militantlarının Nigeriyanın şimal-şərqindəki Maiduguri şəhərində törətdiyi hücumdan sonra hadisə yerində, 27 aprel, 2018.

Müqavilənin icrası Obama administrasiyası dövrü Nigeriyada insan hüquqlarının pozulması ilə bağlı narahatlıqlarla əlaqədar dayandrılmışdı.

Buharinin yenidən seçilməyə çalışdığı vaxt onun Boko Haramın məhv edilməsi ilə bağlı verdiyi vədinə əməl etməsi üçün Birləşmiş Ştatlardan daha artıq hərbi dəstək almağa çalışacağı gözlənilir.

Nigeriya prezidentinin sözçüsü Femi Adesinanın açıqladığı bəyanatda deyilir ki, “Buhari və Tramp təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi yollarının axtarışı ilə yanaşı iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi yolları və iqtisadiyyatın inkişaf etidirilməsi kimi birgə prioritetləri müzakirə edəcəklər”.

XS
SM
MD
LG