Accessibility links

Tramp "Carrier" şirkəti ilə əldə olunan razılığı qeyd etmək məqsədilə İndianaya səfər edib


Cümə axşamı ABŞ prezidentliyinə yeni seçilmiş Donald Tramp Ohayonun Sinsinnati şəhərində “təşəkkür tur”una başlayacaq. Hazırda isə o, kondisioner istehsalçısı Carrier şirkəti ilə min yeni iş yerinin açılması ilə bağlı əldə olunan razılığı qeyd etmək üçün İndianaya səfər edib.

İndianada Tramp və yeni vize-prezident seçilmiş Mayk Pens İndianapolis şəhərində yerləşən Carrier şirkətinin zavodunu ziyarət edəcəklər və iş yerlərnin Meksikaya köcürlmək əvəzinə ştatnda saxlanılmasına dair əldə olunan razılıqla bağlı daha rəsmi açıqlama verəcəklər.

Trampın keçid komandasının üzve Antoni Skaramuççi deyir ki, bu, Trampın aparacağı iqtisasi siyasətinin nümunəsidir.

Birləşmiş Texnologiyalar korporasiyası tərəfindən idarə edilən Carrirer bu ilin əvvəli daha az xərcləri tələb edən əməliyyatların vacibliyini önə çəkərək 2019-cu ildə iki zavodun Meksikanın Monterrey şəhərinə köçürüləcəyini bəyan etmişdi.

Çərşənbə günü yaydığı bəyanatda isə şirkət İndianada qalmaq qərarının səbəb olaraq İndiana ştatının irəli sürdüyü maliyyə stimulları və Tramp administrasiyasının “daha yaxşı və rəqabətə daha dözümlü biznes mühiti yaratmaq” vədini göstərib.

Nə şirkət nə Tramp Carrier-in qərarını dəyişməsi üçün konkret hansı stimul və ya təhdidlərin olduğunu açıqlamayıb.

Laikn bu razılıq Tramp üçün qələbədir, çünki o seçki kampaniyası zamanı şirkətlərin ölkəndən kənara köçmələrinin qarşısını alacağına və iş yerlərinin geri qaytaracağına söz vermişdi.

XS
SM
MD
LG