Accessibility links

Tramp Cənubi Koreya və Yaponiyanın ABŞ-dan daha çox silah almasına icazə verir


ABŞ prezidenti Donald Tramp Cənubi Koreya və Yaponiyanın Birləşmiş Ştatlardan daha çox silah almasına icazə verdiyini bildirib. Bu addım Şimali Koreyanın hidrogen bombası sınağı keçirməsinə cavab olaraq atılır.

“Mən Yaponiya və Cənubi Koreyanın Birləşmiş Ştatlardan xeyli artırılmış sayda yüksək hərbi texnika almasına icarə verirəm”, Tramp Tvitter səhifəsində yazıb.

Şimali Koreyanın yüksək səviyyəli diplomatlarından biri xəbərdarlıq edib ki, Pxenyan Birləşmiş Ştatlara daha artıq “hədiyyə paketi” göndərməyə hazırlaşır. Cenevrədə BMT-nin sponsorluğu ilə tərksilah məsələlərinə dair konfransda danışan səfir Han Tae Sonq Şimali Koreyanın bazar günü uğurla hidrogen bombası sınağı keçirdiyini deyib. Daha sonra o əlavə edib: “Birləşmiş Ştatlar düşüncəsiz təxribatlar və Şimali Koreya Xalq Demokratik respublikasına təzyiqlər göstərmək üçün faydasız cəhdləri davam etdirdikdə mənim ölkəmdən daha artıq hədiyyə paketi alacaq.” Səfir detallara varmayıb.

Prezident Tramp və Cənubi Koreya prezidenti Moon Cae-un Seulun faydalı yüklü raketlərinə qoyulmuş məhdudiyyətlərin qaldırılması və BMT-nin Pxenyana qarşı daha sərt sanksiyaların tətbiq edilməsi məsələsində razılıq əldə edib.

Cənubi Koreya prezidentinin eyni zamanda, BMT-nin Şimali Koreyaya neft daşımalarının qarşısını almağa çağırdığı haqda məlumat verilib.

Ağ Ev rəsmiləri Pxenyana qarşı neft sanksiyalarını qeyd etməyib, lakin bidiriblər ki, Tramp və Moon 40 dəqiqlik telefon söhbəti zamanı bütün əsas müddəalar üzrə razılığa gəlib.

Birləşmiş Ştatlar Şimali Koreya ilə bağlı yeni qətnaməni bu həftə BMT-yə təqdim edəcək. Bunu ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli Təhlükəsizlik Şurasının bazar ertəsi günü keçirilən fövqəladə iclasında bildirib. Amerika diplomatları qətnamənin bir həftə ərzində səsverməyə qoyulacağına ümid etdiklərini bildirib.

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG