Accessibility links

Cənubi koreyalılar Donald Trampı xoş qarşılayıb [Video]


Minlərlə cənubi koreyalı paytaxt Seulda ABŞ prezidenti Donald Trampı qarşılayıb. Bəzi insanlar isə orada Amerika lideri və onun Şimali Koreyaya qarşı sərt mövqeyinə etiraz etmək məqsədilə toplaşıb.

ABŞ prezidenti Donald Trampın Seula ilk səfəri zamanı onu həyəcanlı izdiham qarşılayıb.

Mən buraya bizim müttəfiqimiz, qan qardaşımız və Koreya Müharibəsində Cənubi Koreyaya yardım edən ölkənin prezidentini qarşılamağa gəlmişəm. Mən bura gəlməli idim, çünki prezident Tramp Cənubi Koreyanı Şimali Koreya təhlükəsindən qoruyur.
Conq Sun-İl

Minlərlə insan Cənubi Koreya prezidentinin iqamətgahı olan Mavi Evə aparan yola toplaşıb.

Bəziləri Trampın Şimali Koreyanın nüvə və ballistik raket təhlükələrinin qarşısını almağa yönəlmiş sərt ritorikasına, digərləri isə Cənubi Koreya-ABŞ ittifaqına dəstəyini nümayiş etdirib.

“Mən buraya bizim müttəfiqimiz, qan qardaşımız və Koreya Müharibəsində Cənubi Koreyaya yardım edən ölkənin prezidentini qarşılamağa gəlmişəm. Mən bura gəlməli idim, çünki prezident Tramp Cənubi Koreyanı Şimali Koreya təhlükəsindən qoruyur”, deyə ABŞ tərəfdarı nümayişçi Conq Sun-İl bildirib.

Bəzi kiçik qruplar isə Trampın səfərinə, onun şimali Koreya ilə bağlı sərt ifadələrinə və ABŞ-ın Cənubi Koreyadakı mövcudluğuna qarşı etiraz edib.

“Əgər o, dünyanın ən qüdrətli dövlətinin prezidenti olaraq dünyada sülh yaratmaq istəyirsə, Şimali Koreya ilə şərtsiz danışıqların aparılmasına çalışmalıdır. Mən həm də onun Koreya yarımadasında müharibənin baş verməyəcəyinə aydınlıq gətirməsini istəyirəm”, deyə Tramp əleyhinə etiraz edən nümayişçi Kim Conq-Hi bildirib.

ABŞ prezidentinin konvoyunun keçdiyi zaman polis Tramp etiraz edən bəzi nümayişçiləri təcrid edib.

Böyük əksəriyyət onillərdir Cənubi Koreyada sülhü təmin edən Amerikanın liderini xoş qarşılayıb. Onlar bu sülhün uzun illər davam edəcəyinə ümid edir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG