Accessibility links

Tramp Şimali Koreyaya xəbərdarlıq etdi [Video]


Tramp Şimali Koreyaya xəbərdarlıq etdi
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Cənubi Koreyanın Milli Məclisində cərşənbə günü verdiyi nitqində ABŞ prezidenti Donald Tramp sərhəddən şimala çağırış edərək, hadisələrin daha yaxşı tərəfə istiqamət tutması üçün Pxenyanın nüvə silahlarından imtina etməsini məsləhət gördü.

ABŞ prezidenti Donald Tramp xəbərdarlıq etdi ki, Birləşmiş Ştatlar Pxenyanın nüvə hədəsindən qorxmayacaq.

O, Şimali Koreyanı nüvə silahından imtina etməsinə çağırdı və bildirdi ki, ABŞ Cənubi Koreya ilə ortaq təhlükəsizlik maraqlarını müdafiə edəcək.

“Rejim Amerikanın əvvəlki təmkinini zəiflik kimi qiymətləndirib. Bu ölümcül yanlışlığa çevrilə bilər. Birləşmiş Ştatların indiki administrasiyası əvvəlkilərdən xeyli fərqlidir.”

Tramp Rusiya və Çin də daxil olmaqla bütün ölkələri Pxenyana qarşı sanksiyalar tətbiq etməyə, ticarət və texnologiya münasibətlərini kəsməyə çağırdı.

“Bu təhlükəyə birlikdə sinə gəlmək bizim məsuliyyətimiz və borcumuzdur. Çünki, biz nə qədər çox gözləsək, təhlükə daha da böyüyür və bizim seçim imkanlarımız azalır.”

Sərt nitqi zamanı Tramp insan hüquqlarının kobud pozulduğu Şimali Koreya ilə Cənubi Koreya uğurunu da müqayisə etdi.

Bu nitq paytaxtda toplaşan koreyaların tərəfinən xoş qarşılandı.

“Biz Şimali Koreyaya daha sərt təzyiq göstərməliyik. Lakin bu şimali koreyalıların həyatını daha da ağırlaşdıracaq. Bu üzücüdür, amma kommunizm dağılmalıdır.”

Digərlər isə Pxenyana qarşı təzyiqlərin müharibəyə təkan verəcəyindən narahatdırlar.

“Əgər biz Şimali Koreyanı təcrid etsək, onlar nüvə inkişafına davam edəcəklər.”

Digərləri isə deyirlər ki, Şimali Koreyanı danışıqlar masasına dəvət etmək yeganə yoldur.

“Şimali Koreyaya birbaşa söz demək çətindirsə, o zaman onları danışıqlara çağırmaq lazımdır.”

Çinə yola düşməkdən öncə Tramp və birinci xanım Melania Seul Milli Məzarlığına baş çəkərək Koreya müharibəsi zamanı həlak olan cənubi koreyalıları yad ediblər.

60 il öncə baş verən müharibə zamanı Çin Şimali Koreyanın məhvinin qarşısını aldı. Çoxları deyir ki, o zamandan bəri Çin bunu dəfələrlə təkrar edib.

XS
SM
MD
LG