Accessibility links

Tramp Çinin ticarət siyasətinin araşdırılmasına dair sərəncam imzalayıb


ABŞ prezidenti Donald Tramp Çinin Amerikanın intellektual mülkiyyətini mənimsəyib-mənimsəmədiyinə dair təhqiqat aparılması haqda sərəncam imzalayıb. Tramp ticarət ofisinə bununla bağlı təhqiqat aparmaq haqda göstəriş verib. Lakin Pekin hər iki ölkənin ticarət müharibəsində uducazağı ilə bağlı xəbərdarlıq edib.

Biz öz işçilərimizi müdafiə edəcəyik….bizim innovatorları qoruyacağıq

Tramp Nyu Cersidə məzuniyyətdə olduğu qolf istirahət güşəsindən Vaşinqtona qayıdaraq, ABŞ-ın ticarət nümayədəsi Robert Lihtizerin Çinin Amerika texnologiyası və intellektual mülkiyyətini mənimsədiyinə dair iddialarla bağlı təhqiqat aparmasına göstəriş verib.

Amerika prezidenti ticarət rəsmilərinin Çinin ABŞ şirkətlərinin ölkədə biznes aparması üçün onları öz intellektual mülkiyyəti haqda informasiyanı açıqlamağa məcbur etdirməsi kimi pratikasını nəzərdən keçirməsini istəyir.

ABŞ-ın ticarət nümayəndəsi Robert Lihtizer
ABŞ-ın ticarət nümayəndəsi Robert Lihtizer

“Biz öz işçilərimizi müdafiə edəcəyik….bizim innovatorları qoruyacağıq”, Tramp bildirib.

Amerika prezidenti bu göstərişi böyük addım kimi qiymətləndirərək, bunun başlanğıc olduğunu deyib.

Birləşmiş Ştatlar işi davam etdirsə, Ümumdünya Ticarət Təşkilatından Çinə qarşı cəzalandırılma tədbirlərinin həyata keçirilməsini və yaxud başqa ölçülər götürülməsini istəyə bilər.

XS
SM
MD
LG