Accessibility links

Tramp Çinlə ticarəti "axmaq ticarət" adlandırıb


Trump

ABŞ prezidenti Çinlə ticarəti "axmaq ticarət" adlandırıb.

"ABŞ-a Çindən avtomobil göndərilirsə, onun tarifi 2.5%, Çindən Amerikaya maşın gətirilirsə, onun tarifi 25% təşkil edir. Yox bu, azad və ədalətli ticarət deyil. Bu, axmaq bir ticarətdir" , Tramp Twitter hesabında yazıb.

​Çində istehsalı edilən avtomobillərin satışı ABŞ-da minimal səviyyədədir. Lakin Amerikanın bəzi maşın istehsalçıları ABŞ üçün nəzərdə tutulan məhsullarını Çində hazırlayır.

ABŞ istehsalı maşınların Amerikada satılan eyni modelləri çinlilər üçün minlərlə dollar bahadır.

Trampın şərhi onun ABŞ və Çinin aralarında artmaqda olan mübahisələri həll edəcəyini deməsindən bir gün sonraya təadüf edir.

Lakin tarif qarşıdurmasına son qoyulacağına dair ümidlər azdır. Belə ki, Çinin XİN-yi hazırkı şərtlər altında Amerika ilə ticarət danışıqlarının imkansız göründüyünü bəyan edib.

ABŞ prezidentinin Çindən Birləşmiş Ştatlara idxal olunan 100 milyard dollarlıq məhsula rüsumların artırılacağını elan etməsindən sonra ölkələr arasında ticarət müharibəsi vüsət alıb.

​Donald Tramp deyib ki, bu rüsum 50 milyard dollarlıq məhsula qoyulmuş 25 faizlik rüsuma əlavə oluna bilər.

Pekin də ABŞ-dan 50 milyard dollarlıq məhsula rüsum tətbiq etməklə hədələyib. Rüsumların əsasən kənd təsərrüfatı məhsulları və prezident seçkisində sakinlərinin əksəriyyəti Donald Trampa səs vermiş ştatları hədəfləyəcəyi gözlənilir.

XS
SM
MD
LG