Accessibility links

Tramp Çini Şimali Koreya ilə ticarəti genişləndirdiyinə görə qınayıb


ABŞ prezidenti Donald Tramp Çini Şimali Koreya ilə ticarəti genişləndirdiyinə görə tənqid atəşinə tutub.

Tramp bu tənqidləri Polşaya və bundan sonra Böyük 20-lərin sammitində iştirak etmək üçün Almaniyaya səfərindən öncə bildirib. Hamburq sammiti çərçivəsində Trampın Çin prezidenti Şi Tsinpinlə görüşü planlaşdırılıb.

Tvitter səhifəsində mesajında Tramp yazıb:
“Çin və Şimali Koreya arasında ticarət ilin birinci kvartalında az qala 40 faiz artıb. Buna deyərlər, Çin bizimlə əməkdaşlıq edir! Amma belə çıxır biz cəhd etməli idik!”

Şimali Koreyanın çərşənbə axşamı qitələrarası ballistik raket sınağı keçirməsindən sonra açıqlama verən Tramp Pxenyanın nüvə ambisiyalarının qarşısının alınması işində prezident Şiyə araxalanıb. Lakin ABŞ lideri Pekinin səylərinə yüksək qiytmə versə də, bunun nəticə vermədiyini bildirib.

Şimali Koreyanın əsas iqtisadi tərəfdaşı olan Çin Pxenyanla ilin birinci rübündə ticarətin 37.4 faiz artdığını bildirib. Çin Şimali Koreyadan dəmir, sink və başqa minerallar, habelə dəniz məhsulları və geyim alır. Bunun müqabilində Pekin communist ölkəni ehtiyac duyduğu valyuta ilə təmin edir.

ABŞ prezidenti Donald Tramp and Çin prezidenti Şi Tsinpinlə aprel ayında Floridada görüş zamanı
ABŞ prezidenti Donald Tramp and Çin prezidenti Şi Tsinpinlə aprel ayında Floridada görüş zamanı

Tramp aprel ayında Floridada prezident Şi ilə görüşdən sonra Çinlə münasibətlərin yaxşılaşacağına ümid edirdi. Lakin son günlər Vaşinqton Pekini qıcıqlandıran bir sıra addım atıb.

ABŞ Dövlət Departamenti insan alverinə dair illik hesabatında Çini bu sahədə vəziyyətin ən pis olduğu İran, Suriya, Şimali Koreya və Rusiya kimi ölkələrlə üçüncü kateqoriyaya aid edib.

Pxenyanda Ticarət yarmarkası
Pxenyanda Ticarət yarmarkası

Bununla yanaşı, ABŞ Çində kiçik bir bankı Şimali Koreya rejimi üçün çirkli pulların yuyulmasında iştirak etməkdə ittiham edib. Eyni zamanda, ABŞ Çinin öz ərazisi olduğu iddia etdiyi, lakin öz idarəçiliyində olan Tayvanla 1.42 milyard dollarlıq silah satışına dair razılıq əldə edib.

Trampın vəzifəsinin icrasına başlamasından əvvəl prezident seçilməsi münasibətilə onu təbrik etdən Tayvan lideri ilə telefon söhbəti Pekin tərəfindən qəzəblə qarşılanmışdı.

XS
SM
MD
LG