Accessibility links

Tramp Çin-ABŞ müzakirələrinin uğursuzluğunu rədd edib


ABŞ prezidenti bir çoxlarının ticarət müharibəsi adlandırdığı Çinlə ticarət müzakirələrinin nailiyyətisliyə uğradığını rədd edərək, bunu "kiçik anlaşılmazlıq" adlandırıb.

"Biz Çinlə razılıq əldə etdik. Olduqca yaxşı bir razılıq. Razılıq yaxşı olmasa onu əldə etməzdik. Ticarətdə çox aşağı səviyyədə idik. Bunu əvvəlki prezidentlər çoxdan etməli idi. Biz prezident Tsi ilə razılığa çox yaxın idik. Onlar bunu dağıtdılar”- deyə, Donald Tramp bildirib.

Çin bazar ertəsi 60 milyard dollarlıq ABŞ mallarına yeni tariflər tətbiq edəcəyini bildirib.

Bu, Donald Trampın Çin mallarının 200 milyard dollarlıq vergi artımı və 300 milyard dollarlıq digər məhsullardan da vergi ödənişi tətbiqinə qisas mahiyyəti daşıyır.

Trampın Çin prezidenti ilə növbəti görüşü iyun ayında Böyük İyirmiliyin Yaponiyanın Osaka şəhərində keçiriləcək sammiti çərçivəsində baş tutmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG