Accessibility links

Tramp: Çin razılıqları qəbul etmədiyinə görə təəssüf hissi keçirə bilər


ABŞ prezidenti hələ də Çinin Amerika ilə yeni ticarət razılığı əldə edilməsini istədiyini və müzakirə edilmiş bəzi razılıqları qəbul etmədiyinə görə təəssüf hissi keçirə biləcəyni deyib.

"Biz razılıq əldə etdik, onlar pozdu. Düşünürəm ki, bunu yenidən etsələr, bir daha etdiklərini etməzlər" - deyə, Donald Tramp Ağ Evdə bildirib.

Tramp ABŞ-ın yüz milyardlarla dollarlıq Çin mallarına tariflər tətbiq etməsi illə Çinin istehsalatını digər ölkələrə köçürdüyünə düşünmədiyini bildirib.

"Biz Çinlə yaxşı işləyirik. Tariflərin ABŞ-da inflaysiyaya az təsiri olub" , ABŞ dövlət başçısı əlavə edib.

Vaşinqton və Pekin arasında razılıq yeni tariflərə görə dalana dirənib.

Birləşmiş Ştatlar 200 milyard dollar dəyərindəki Çin idxallarına tarifi 10 faizdən 25 faizədək artırıb.

Çinin Maliyyə Nazirliyi iyun ayının 1-dən etibarən 5 faizlik tariflərin 25 faizə qaldırılacağı və bunun Çinə ixrac edilən 5140 məhsula şamil ediləcəyini bəyan edib.

Trampın ABŞ-a gələn Çin məhsullarına tarifləri kəskin artırmasından sonra Çinin tarif artımı ilə cavab verəcəyi gözlənilirdi.

XS
SM
MD
LG