Accessibility links

Tramp: "Amerika Birinci" "Amerika Tənha" demək deyil


ABŞ Prezidenti Isveçrənin Davos şəhərində keçirilən Dünya iqtisadi forumundakə çıxışında Amerikanın maraqlarının onun üçün ən yüksək prioritet olacağını bəyan edib. Eyni zamanda o, forum iştirakçılarını ABŞ-ın dünya iqtisadiyyatının məhvəri kimi qalacağına əmin edib.

Mən həmişə Amerikanı öndə qoyacağam. Necə ki, dünyanın başqa ölkələrinin liderləri öz ölkələrini birinci qoyurlar.

“Mən həmişə Amerikanı öndə qoyacağam. Necə ki, dünyanın başqa ölkələrinin liderləri öz ölkələrini birinci qoyurlar. Lakin "Amerika Birinci" "Amerika Tənha" demək deyil,” Tramp öz niqtində bildirib.

ABŞ prezidenti onun “Amerika Birinci” agendasının qlobal sistemi sarsıdacağına dair narahatlıqları aradan aldırmağa səy göstərib.

“ABŞ çiçəklənəndə, dünya da çiçəklənir,” o deyib.

Lakin Prezident Tramp dünya liderlərinə xəbərdarlıq edib ki, onun ölkəsi ədalətsiz ticarət sövdələşmələrinə razı olmayacaq.

“Biz azad ticarəti dəstəkləyirik, amma bu ticarət ədalətli olmalıdır və qarşılıqlı maraqlara əsaslanmalıdır, çünki ədalətsiz ticarət hamımıza zərbə vurur.”

ABŞ prezidenti Donald Tramp Ruanda prezidenti Paul Kaqame ilə görüşür.
ABŞ prezidenti Donald Tramp Ruanda prezidenti Paul Kaqame ilə görüşür.

Nitqdən öncə Prezident Tramp Ruanda prezidenti Paul Kaqame ilə görüşərək iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmağa səy göstərib. Bu görüş onun Afrika ölkələri haqda nalayiq ifadə işlətməsindən sonra Ruandanın da üzvü olduğu Afrika Birliyinin ABŞ administrasiyasını tənqid etməsindən sonraya təsadüf edir. Prezident Tramp Kaqame vasitəsilə digər Afrika liderlərinə də ehtiramını çatdırıb.

ABŞ çiçəklənəndə, dünya da çiçəklənir.

Tramp həmçinin forum əsnasında İsveçrə prezidenti Alain Bersetlə görüşüb. O, ABŞ-da vergiləri və nizamlamaları azaltmaq amacının İsveçrə üçün də faydalı olacağını vurğulayıb.

“Sizin ABŞ-da çoxlu səhmləriniz var. Odur ki, mən İsveçrənin varlanmasına yardımçı olmuşam,” o bildirib.

Cümə axşamı keçirdiyi görüşlərdə ABŞ Prezidenti Donald Tramp İsrail və fələstinlilər arasında sülh danışıqlarının bərpa olunub-olunmyacağını sual edib.

O, bu fikri İsrail baş naziri Benyamin Netanyahu ilə görüşdə açıqlayıb. İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu əsnasında görüş keçirən Prezident Tramp fələstinliləri ABŞ vitse-prezidenti Mayk Penslə regiona səfər zamanı görüşmədiklərinə görə hörmətsizlikdə ittiham edib.

ABŞ Vitse-Prezidenti Mayk Pensin İsrailə səfəri zamanı fələstinli liderlər onunla görüşdən imtina etmişdilər.
ABŞ Vitse-Prezidenti Mayk Pensin İsrailə səfəri zamanı fələstinli liderlər onunla görüşdən imtina etmişdilər.

Tramp Fələstin ərazilərinə hazırda verilən maliyyə yardımını kəsməklə hədələyib.

“O pul masa üzərindədir və onlar sülh danışıqlarına başlamayınca, o pul onlara getməyəcək. Çünki sizə deyə bilərəm ki, İsrail sülh etmək istəyir, və vacibdir ki, qarşı tərəf də bunu istəsin, yoxsa biz bu məsələdən əlimizi tam çəkəcəyik,” Prezident Tramp müxbirlərə bildirib.

Bundan öncə Tramp Britaniya baş naziri Tereza Meylə fikir ayrılıqları barəsində deyilənləri “saxta şaiyə” adlandıraraq rədd edib və Britaniyanın Avropa İttifaqını tərk etməsindən sonra bu ölkə ilə ticarəti gücləndirəcəyinə söz verib.

XS
SM
MD
LG