Accessibility links

Trampın demokratlara tərəf addımı müxtəlif reaksiyalara səbəb olub [Video]


Prezident Tramp üçün kəskin fərqlərə baxmayaraq, vergi islahatları və digər məsələlərla bağlı demokratlara birlikdə işləməsi yeni bir mərhələdir.

“Əgər keçmişdə qəbul edilən güclü qanunlara fikir versəniz görərsiniz ki, onlar hər iki partiyanın iştirakı ilə hazırlanıb.”

Ağ Evdə prezidentin demokratların liderləri Nensi Pelosi və Çak Şumer üçün təşkil edilmiş şam yeməyində immiqrasiya diqqətdə olan mövzu idi.

“Mənə elə gəlir ki, biz nəhəng sərhəd təhlükəsizliyinə nail olmaq üçün kifayət qədər yaxınıq.”

Amma Şumer deyir ki, demokratlar çoxlu mövzularda əməkdaşlıq etməyə hazır olsalar da, Meksika ilə sərhəddə divarının tikilməsini dəstəkləməyəcəklər.

“Mən prezidentə kifayət qədər aydın bildirdim ki, divar olmayacaq. Bunu dəfələrlə dedim. Bir məqamda o mənə qayıtdı ki, “divar məsələsində bir az yumşaq olun.” Mən “yox” dedim.”

Keçən həftə büdcə mübahisələrini kənara qoyulması və borc həddi haqqında prezidentin demokratlara razılaşma əldə etməsindən sonra respublikaçılar bu addıma qarşı çıxdılar.

Obamacare səhiyyə qanununun təxirə salınması və dəyişilməsi uğursuzluğa düçar olandan sonra növbəti hədəf vergi islahatlarıdır. Bu sözləri Nümayəndələr Palatasının spikeri Pol Rayan deyib.

“Mən məmnuniyyətlə demokratların vergi islahatı mövzusunda konstruktiv yolla bizimlə əməkdaşlığından məmnun olardım. Amma, heç nəyə baxmayaraq biz bunu edəcəyik.”

Təhlilçi Con Hudak deyir ki, Trampın demokratlara tərəf addımı ona yardım edə bilər.

“Geniş baxsaq bu prezident üçün yaxşı olan bir şeydir. Təbii ki, demokratlarla işləmək Trampın dəstəkçilərini çox məmnun etməyəcək. Amma, bu onun qeyd edə biləcəyi bir nailiyyətdir.”

Digər təhlilçi Bil Qalston isə deyir ki, Tramp ilə əməkdaşlıq demokrat fəallar arasında etirazlara səbəb ola bilər.

“Demokratlar növbəti seçkilərdə yaxşı nəticə əldə etmək üçün fəallara ümid edirlər. Hal-hazırda onların dəstəkçiləri arasında uzun müddət görünməyən fəallıq var.”

Hudakın sözlərinə görə, Trampın demokratlarla işləməsi həm də risklidir.

“Aparıcı respublikaçılar və sərt konservativ fəallar bununla razı olmayacaqlar. Bu tip fikir ayrılıqları isə partiya üçün məhvedici ola bilər. Yalnız siyasət baxımından yox, həm də islahatlar həyata keçirə bilmək baxımından.”

Ölkə qütbləşmiş vəziyyətdədir. Sorğular göstərir ki, seçicilər partiyaların birlikdə işləməsini istəyirlər. Bu sözləri sorğu eksperti Frenk Nyuport deyir.

“Əhalidən soruşanda ki, “rəsmilər güzəştə getməlidir, yoxsa daha çox prinsipial olmalıdır?”, böyük əksəriyyət bildirir ki, “yox, biz istəyirik ki, onlar bir-birilərinə güzəştə getsinlər.”

Yaxın həftələrdə konqresdə vergi islahatları, səhiyyə, immiqrasiya və büdcə müzakirələri zamanı iki partiyanın əməkdaşlıq edib-edə bilməyəcəyi sınaqdan keçiriləcək.

XS
SM
MD
LG