Accessibility links

Tramp Rusiya ilə bağlı təhqiqatı "rüsvayçılıq" adlandırdı


ABŞ Prezidenti Donald Tramp cümə günü Rusiyanın ötən ilki seçkilərə ona kömək məqsədilə müdaxiləsi ilə bağlı aparılan federal təhqiqatı “rüsvayçılıq” adlandırıb. O, təhqiqtçıların Demokrat Milli Komitəsinin ilkin seçkilər zamanı namizəd Hillari Klintonun xeyrinə qeyri-etik davranışını niyə araşdırmadıqlarını sual edib.

Hamı soruşur ki, niyə Ədliyyə Nazirliyi (və FBI) Əyri Hillari və Demokratların qeyri-dürüstlüyünü araşdırmır.

Asiyaya 12 günlük səfəri ərəfəsində Twitterdə bir neçə mesajla çıxış edən Prezident Tramp Demokrat Partiyası ətrafında dolaşan mübahisələrə toxunub. Qalmaqal Demokrat Milli Komitəsinin sabiq sədri Donna Brazilin komitə və Hillari Klintonla sonuncuya partiyanın maliyyə və başqa funksiyaları üzərində nəzarət verəcək razılıq haqda açıqlamasından sonra baş qaldırıb.

“Hamı soruşur ki, niyə Ədliyyə Nazirliyi (və FBI) Əyri Hillari və Demokratların qeyri-dürüstlüyünü araşdırmır,” Tramp yazıb.

İkinci tvitində Tramp Brazilin yeni kitabında yalnız Klintonun “Demokrat Partiyasının namizədliyini necə oğurlamasından” lakin, email, uran, Podesta və başqa qalmaqallardan yazmadığını sual edir.

Digər bir tvitdə isə diqqətini federal təhqiqatçlara yönəldən Tramp onların öz işlərini effektiv şəkildə görmədiyinə eyham vurub.

Bu arada ABŞ prezidenti Demokrat Senator Elizabet Uorrenə “Pokahontas” kimi müraciət edərək onun Klintonun Demokrat Partiyasındakı namizədlik prosesinə müdaxiləsini etiraf etdiyini söyləyib.

Demokrat Milli Komitəsinin sabiq rəhbəri Donna Brazil öz yeni kitabında namizəd Hillari Klintonu Demokrat Partiyasına nəzarəti ələ almaqda ittiham edib.
Demokrat Milli Komitəsinin sabiq rəhbəri Donna Brazil öz yeni kitabında namizəd Hillari Klintonu Demokrat Partiyasına nəzarəti ələ almaqda ittiham edib.

Tramp Uorrenə bu ləğəbi Demokrat Senatorun vaxtikən onun hindu geni daşıdığını deməsindən sonra qoyub.

“[Rusiya ilə] heç bir işbirliyi olmyaıb. Heç nə olmayıb. Açığı, onların bunu davam etdirməsi rüsvayçılıqdır.” Tramp əlavə edib: “.. yaxşı olardı ki, onlar Demokratlara baxaydılar,” Tramp deyib.

Heç bir işbirliyi olmyaıb. Heç nə olmayıb. Açığı, onların bunu davam etdirməsi rüsvayçılıqdır.
Donald Tramp, ABŞ Prezidenti

Prezident Trampın Demokratlara diqqət yönəltməsi Xüsusi Məsləhətçi Robert Mallerin iki sabiq Tramp kampaniyası rəsmilərinə qarşı ittiham irəli sürmsindən dörd gün sonraya təsadüf edir.

ABŞ prezidenti Donald Trampın kampaniyasının qısa müddət ərzində sədri olan Paul Manafort Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı aparılan cinayət təhqiqat işi ilə əlaqədar bazar ertəsi könüllü şəkildə özünü Federal Təhqiqatlar Bürosuna təslim edib.

Paul Manafort, Prezident Trampın sabiq seçki kampaniyası rəhbəri. 2 noyabr, 2017.
Paul Manafort, Prezident Trampın sabiq seçki kampaniyası rəhbəri. 2 noyabr, 2017.

Ona qarşı irəli sürülən ittihamnamədə $75 milyon dolların offşor hesablarla axması qeyd olunur və Manafortun ABŞ-da əmlak almaq üçün $18 milyon, Geytsin isə bu məqsədlə $3 milyon dollar yuyulmuş pul xərclədiyi bildirilir.

Əlavə olaraq Robert Maller sabiq Tramp xarici işlər müşaviri Corc Papadopulosun "yüksək rütbəıli Rusiya rəsmiləri ilə təmaslarına dair" federal agentlərə yalan danışdığını etiraf etdiyini açıqlayıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG