Accessibility links

Dan Koats Kremlin ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqatı dəstəkləməyə söz verib


Prezident Donald Trampın ABŞ kəşfiyyat orqanlarının rəhbəri vəzifəsinə nominasiya etdiyi Dan Koats Rusiyanı ən ciddi təhlükə adlandırıb. O, qanunvericilərə Moskvanın noyabrda keçirilən prezident seçkilərinə müdaxilə etməyə cəhd göstərməsinin qəbuledilmiş fakt olduğunu bildirib.

“Rusiya fərqli ölkələr, mədəniyyətlər və seçkilərə müdaxilə etməsi ilə böyük təbliğat tarixinə malikdir. Bu, hazırda Avropada baş verməkdədir. Amma onlar artıq bu sahədə fəaliyyətlərini bir qədər də artırıblar. Onlar kiber imkanlarından istifadə edirlər. Onlar əvvəllər istifadə edə bilmədikləri mükəmməl və çətin üsullardan istifadə edirlər. Çox vacibdir ki, biz nə baş verdyini, necə baş verdiyini tam şəkildə öyrənək və bu barədə tam məlumat əldə edək.”

Sabiq İndiana senatoru Dan Koats Senatın Kəşfiyyat Komitəsində verdiyi ifadəsində Kremlin ABŞ seçkilərinə müdaxiləsində rolunun araşdırılmasını dəstəkləyəcəyini vəd edib.

Koatsun bu barədə mövqeyi prezident Trampın mövqeyi ilə üst-üstə düşməyə bilər. Tramp bundan əvvəl prezidentlik kampaniyası zamanı və seçkilərdən sonra kəşfiyyat orqanlarının çıxardığı nəticələri rədd edib.

Açılışı bəyanatında Birləşmiş Ştatlara qarşı digər təhlükələr barədə danışan Koats radikal islamçı terrorizmə də toxunub.

“Onlar kiber məkanda qorxu və nifrət dolu mesajlar yayır və özlərinin xilafət elan etdikləri yerlərdən kənarda da səfərbərliklə məşğul olur” deyə o, İŞİD haqda mövqeyini bildirib.

Dan Koats Şimali Koreya və Çin haqda da narahatlığını dilə gətirib.

XS
SM
MD
LG