Accessibility links

Prezident Tramp dini qurumların siyasi fəaliyyətinə qadağaları yumşaltdı


Prezident Donald Tramp kilsələrə siyasi fəaliyyəti qadağan edən hökumət ölçülərini yüngülləşdirən sərəncam imzalayıb.

Trampın cümə axşamı imzaladığı sərəncam federal vergilər idarəsinə (IRS) dini qurumların siyasi fəaliyyətini izləmək üçün “maksimum icra səlahiyyəti” verir.

Biz etiqadlı insanların hədəf alınmasına, susdurulmasına bir daha yol verməyəcəyik.

Sərəncam habelə sabiq prezident Barak Obamanın qəbul etdiyi səhiyyə islahatlarına əsasən mühafizəkar dini qurumların doğuma nəzarət kimi etiqadlarına zidd hesab etdikləri sığorta planlarına qoşulmamaq imtiyazları verir.

Ağ Evə dəvət olunmuş mühafizəkar xristianlarla əhatələnmiş ABŞ prezidenti sərəncamı Milli Dua Günündə imzalayıb.

Seçki kampaniyası dönəmində ekzit pollar evangelik xristianların 5:1 nisbətinə Trampa üstünlük verdiklərini göstərmişdi.

Həmin vaxt Respublikaçı namizəd Tramp söz vermişdi ki, o xristianların hökumətin siyasəti ilə bağlı narahatlıqlarını nəzərə alacaq.

Seçki kampaniyası dönəmində evangelik xristianların əksəriyyəti Donald Trampı dəstəkləmişdi
Seçki kampaniyası dönəmində evangelik xristianların əksəriyyəti Donald Trampı dəstəkləmişdi

“Bizim qurucu atalarımız etiqad azadlığına inanırdılar və o səbədən bunu Konstitutsiyamıza birinci düzəlişdə qanun olaraq həkk etmişdilər, deyə Tramp Ağ Evin Qızılgül Bağında bəyan edib. “Amma uzun illər federal hökumət dövlətin gücündən etiqadlı insanlara qarşı silah kimi istifadə edib və hətta amerikalıları öz etiqadlarına uyğun yaşadıqları üçün cəzalandırıb. Ona görə də mən bu gün Amerikada etiqad və söz azadlığını müdafiə edən, istədiyimiz, uğrunda vuruşduğumuz azadlıqarı müdafiə edən sərəncama imza atıram.”

“Biz etiqadlı insanların hədəf alınmasına, susdurulmasına bir daha yol verməyəcəyik,” Tramp bəyan edib. “Və biz heç zaman dini əsasda diskriminasiyayay yol verməyəcəyik. Heç vaxt.”

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG