Accessibility links

Tramp divarın maliyyələşdirilməsini təxirə salmağa razı olub


Prezident Donald Tramp qeyri-qanuni mühacirətin qarşısını almaq məqsədilə ABŞ və Meksika arasında divarın inşa ediləcəyini bir daha vəd edib. Lakin prezident eyni zamanda, bu həftə hökumətin mümkün bağlanmasına yol verməmək üçün divarın maliyyələşdirilməsi səylərini bu ilin sonuna qədər təxirə salmağa razı olduğuna işarə edib.

Tramp bazar ertəsi günü axşam Ağ Evdə mühafizəkar kütləvi informasiya vasitələrini təmsil edən təxminən 20 jurnalistlə görüş zamanı divarın maliyyələşdirilməsi məsələsinə sentyabr ayında qayıtmağa hazır olduğunu deyib. Bəzi ehtimallara görə, divarın inşasına 20 milyard dollara qədər vəsait tələb oluna bilər.

Demokratlar divarın inşası üçün vəsaitin ayrılmasının qəti əleyhdarıdırlar. Hökumət xərcləri ilə bağlı cümə günü gecə yarıya qədər qəbul edilməli olan qanun layihəsi demokratların səsləri olmadan təsdiq edilə bilməz.

Demokratlar Trampın hazırkı büdcə ilə bağlı müzakirlər zamanı divarın maliyyələşdirilməsi tələbinə dair mövqeyini dəyişə biləcəyi haqda xəbəri razılıqla qarşılayıb.

Senatda demokrat azlığın lideri Çak Şumer
Senatda demokrat azlığın lideri Çak Şumer

"Prezident Trampın divarın inşası məsələsini müzakirələrdən geri çəkməsi ölkə üçün yaxşıdır. İndi hər iki partiya həll olunmalı məsələlərlə bağlı müzakirələri davam etdirə bilər"-deyə Senatda demokrat azlığın lideri Çak Şumer bildirib.

Tramp prezident seçki kampaniyası dövrü ABŞ-ın cənubda Meksika ilə sərhədində 3100 kilometrlik divar inşa etməyə söz vermişdi. O, divarın inşasının Meksika tərəfindən maliyyələşdiriləcəyini demiş, lakin Meksika liderləri bunu etməyəcəklərini bildirmişdi.

Ağ Evin sözçüsü Şon Spayser bildirib ki, Trampın hakimiyyətə gəlməsindən sonra Meksika sərhədinin qeyri-qanuni keçilməsi halları kəskin azalıb, lakin bununla belə, divar mütləq inşa edilməlidir.

Prezident Tramp bazar ertəsi günü Tvitter səhifəsində mesajında divarın inşa ediləcəyini və bunun məqsədinin narkotik maddələr və insan qaçaqmalçılığının qarşısının alınması olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Avstraliya ABŞ və Britaniya ilə yeni müdafiə sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:12:53 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG