Accessibility links

Tramp sərhədin gücləndirilməsinə 33 milyard dollar ayrılmasını təklif edir


Tramp administrasiyası növbəti 10 il ərzində Meksika ilə sərhəd divarının uzadılması üçün 18 milyard dollar xərclənməsini təklif edib. Bununla da prezident seçki kampaniyası zamanı ən çox səsləndirdiyi vədlərindən birinin icrasına ümid edir.

Gömrük və Sərhəd Mühafizəsi İdarəsi 2027-ci ilə qədər qədər sərhəd divarını daha 515 kilometr uzatmaqla, bütövlükdə divarın uzunluğunu 1,552 kilometrə çatdırılması təklifi verib. Bu, ABŞ-Meksika sərhədinin təxminin yarısı deməkdir.

Divarın uzadılmasına əlavə olaraq, Gömrük və Sərhəd Mühafizəsi İdarəsi sərhəd boyu 651 kilometr məsafədə çəpərlərin dəyişdirilməsi təklifi irəli sürüb. Bu məlumatlar idarənin əməkdaşı tərəfindən anonimlik şərti ilə Associated Press agentliyinə verilib.

Tramp seçki kampaniyası zamanı Meksika ilə sərhəddə “böyük və gözəl divar”ın prezidentlik müddətinin əsas işi olacağına söz vermişdi. Buna baxmayaraq, Tramp divarın tikiləcəyi yerlər və onun məsrəfləri haqqında ətraflı danışmayıb. Onun administrasiyası bu il Texas və Kaliforniya ştatlarında, Meksika ilə sərhədin 118 kilometrlik ərazisində çəpər tikmək və ya yeniləmək üçün 1.6 milyard dolar pul ayrılmasını istəyib. Rəsmilərin dediyini görə, eyni məbləğ növbəti il üçün də istəniləcək.

Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin sənədində yeni sərhəd məsrəfləri üçün bütövlükdə 33 milyard dollar pul istənilir. Həmin məsrəfin 18 milyardı divarın tikilməsinə, 5.7 milyard cihazlara, 1 milyard dollar yol tikintisinə, o cümlədən də 8.5 milyard dollar 5,000 yeni Sərhəd Patrolu agentlərinə və 2,500 sərhəd inspektorları və digər əməkdaşlarına ayrılması nəzərdə tutulur.

Sənəddə sərhəd divarının hansı ərazilərdə uzadılacağı bildirilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG