Accessibility links

Prezident Tramp: Pxenyan hərəkətə keçsə, "cəld peşman olacaq"


ABŞ hərbi arsenalının əhəmiyyətli kəsimini təşkil edən B-1 bombardmançı təyyarələri Koreya yarımadasına yaxın Quamda qərargahlanır.
ABŞ hərbi arsenalının əhəmiyyətli kəsimini təşkil edən B-1 bombardmançı təyyarələri Koreya yarımadasına yaxın Quamda qərargahlanır.

ABŞ Prezidenti Donald Tramp Şimali Koreyaya növbəti xəbərdarlığında bildirib ki, əgər Pxenyan Quama qarşı hədələrini ndavam etdirsə, yaxud hərəkətə keçsə, “cəld peşman olacaq”.

Nyu Cersidəki qolf kurortundan müxbirlərlə danışan Tramp ümid etdiyini bildirib ki, Şimali Koreya son bir neçə gündə onun sözlərini “tam” anlayır.

Əgər o, bircə dəfə açıq hədə səsləndirsə... yaxud Quamla bağlı, başqa Amerika ərazisi yaxud müttəfiqi ilə bağlı hansısa bir addım atsa, o, buna həqiqətən peşman olacaq və cəld peşman olacaq.
Donald Tramp, ABŞ Prezidenti

"Bu adam üçün belə keçməyəcək," Tramp müxbirlərə söyləyib. "Əgər o, bircə dəfə açıq hədə səsləndirsə... yaxud Quamla bağlı, başqa Amerika ərazisi yaxud müttəfiqi ilə bağlı hansısa bir addım atsa, o, buna həqiqətən peşman olacaq və cəld peşman olacaq."

“Ümid edirəm ki, onlar məsələnin ciddiliyini tam anlayacaqlar və mənim nə demişəmsə onu da nəzərdə tutduğumu başa düşəcəklər.”

Bir gün öncə Prezident Tramp Birləşmiş Ştatlar hərbi qüvvələrinin döyüşə hazır vəziyyətdə olduğunu deyərək Pxenyan müharibəyə başladığı halda əks-zərbəyə məruz qalacağını vurğulayıb.

“Hərbi çözüm üsulları yerindədir, döyüşə hazır vəziyyətdə - əgər Şimali Koreya qeyri-müdrik hərəkət edərsə,” Prezident Tramp cümə günü Tvitterdə yazıb. Tramp əlavə edib: “Ümid edirəm ki, Kim Conq Un başqa yol tapacaq!”

Prezidentin xəbərdarlığı Çinin Pxenyan ilk atəş açacağı təqdirdə ABŞ-ın hücumuna məruz qalarsa, Şimali Koreyaya kömək etməyəcəyi barədə bəyanat verməsindən sonraya təsadüf edir.

Çinin verdiyi xəbərdarlıq dövlətə məxsus Global Times qəzetində dərc olunub. Qəzetin baş məqaləsində bildirilir ki, Şimali Koreya ilk zərbəni endirdiyi halda Pekin neytral qalacaq.

Prezident Tramp: "Yaxşı olardı ki, onlar bir daha Birləşmiş Ştatları hədələməsinlər. Onlar dünyanın indiyədək görmədiyi atəş və qəzəblə üzləşəcəklər."
Prezident Tramp: "Yaxşı olardı ki, onlar bir daha Birləşmiş Ştatları hədələməsinlər. Onlar dünyanın indiyədək görmədiyi atəş və qəzəblə üzləşəcəklər."

“Çin hökuməti aydın etməlidir ki, əgər Şimali Koreya ABŞ ərazisini təhdid edərək raket atsa və buna cavab olaraq ABŞ hücum etsə, Çin neytral qalacaq,” qəzetdə bildirilir.

Əgər ABŞ və Cənubi Koreya Şimali Koreya rejimini devirmək və Koreya Yarımadasında siyasi durumu dəyişmək üçün zərbələr endirsələr, Çin bunun qarşısını alacaq.

Lakin baş məqalədə o da vurğulanır ki, əgər ABŞ və Cənubi Koreya Kim Conq Un rejimini devrimək üçün əlbir olsalar, onda Çin müdaxilə edəcək.

“Əgər ABŞ və Cənubi Koreya Şimali Koreya rejimini devirmək və Koreya Yarımadasında siyasi durumu dəyişmək üçün zərbələr endirsələr, Çin bunun qarşısını alacaq.”

ABŞ Prezidenti Donald Tramp cümə axşamı Şimali Koreya ilə bağlı mövqeyini sərtləşdirərək bəyan edib ki, əgər Pxenyan müharibəyə başlasa, “onların başına heç vaxt ağıllarına gətirmədiyi şeylər gələcək.”

Son xəbərdarlığında Tramp deyib ki, ola bilsin onun əvvəl işlətdiyi “atəş və qəzəb” barədə bəyanatı “kifayət qədər sərt olmayıb”.

Şimali Koreya lideri Kim Conq Un Huasonq-12 ballsitik raket sınağına reaksiya verir.
Şimali Koreya lideri Kim Conq Un Huasonq-12 ballsitik raket sınağına reaksiya verir.

Nyu Cersi ştatının Bedminster qəsəbəsində jurnalistlərin "daha sərt nə ola bilər" sualını cavablandıran Tramp deyib: “Siz görəcəksiz... Şimali Koreya özünü yığışdırmalıdır, yoxsa onlar indiyədək çox az millətin üzləşdiyi bəlaya düçar olacaqlar.”

Prezident Tramp Şimali Koreyanın ABŞ ərazisi olan Quam sularına dörd ballistik raket atmaq planlarını yekunlaşdırmaq ərəfəsində olduğunu bəyan etməsindən bir neçə saat sonra danışıb.

Qeyri-adi şəkildə detallı açıqlamada Şimali Koreya hərbçiləri bəyan ediblər ki, bir həftənin içərisində onlar rejim lideri Kim Conq Una Huasonq-12 raketlərini 3,300 kilometr cənubda yerləşən Quama Yaponiya üzərindən atmaq planını təqdim edəcəklər.

XS
SM
MD
LG