Accessibility links

Prezident Tramp terror şübhəlisinə edam cəzası verilməsini istəyir


ABŞ Prezidenti Donald Tramp maşınla Nyu York küçəcisndə 8 adamı qətlə yetirmiş özbək mühacirə edam cəzası verilməsini istəyir. Lakin prezident 29 yaşlı Seyfulla Saipovun Kubada Quantanamo Körfəzindəki saxlanma mərkəzinə göndərilməsi fikrindən geri çəkilir.

Tramp cümə axşamı bildirib ki, o, Nyu York terroristini "Quantanamoya göndərməyi sevərdi, ancaq statistik baxımdan proses onun sadəcə ABŞ məhkəmə sisteminə təhvil verilməsindən" daha çox vaxt aparır.

“Onun dəhşətli cinayət törətdiyi məkanda saxlanması məqsədəuyğundur,” Tramp Tvitterdə yazıb. “Tez getməlidir. ÖLÜM CƏZASI.”

Ittihamçılar çərşənbə günü yük maşınını velosiped cığırındakı piyadaların üzərinə sürmüş Saipova qarşı rəsmi ittihamlar irəli sürüblər.

Maşın məktəb avtobusuna çırpıldıqdan sonra Saipov maşından düşərək əlində rəng-şar və pellet tüfəngləri yellədib. Nyu York polis zabiti onu qarnından güllə ilə vuraraq həbs edib.

Seyfulla Saipov çərşənbə günü federal məhkəmə zalına əlil arabasında gəlib. Nyu York. 1 noyabr, 2017.
Seyfulla Saipov çərşənbə günü federal məhkəmə zalına əlil arabasında gəlib. Nyu York. 1 noyabr, 2017.

Özbək mühacirə qarşı federal ittihamlara terror qrupuna maddi yardım göstərmək və maşınların dağıdılması daxildir.

Saipov hüquq-mühafizə orqanlarından hospital otağında İŞİD bayrağı asılmasını xahiş edərək törətdiyi əməl haqda "özünü yaxşı hiss etdiyini" deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG