Accessibility links

Tramp administrasiyası Əfqanıstan müharibəsi ilə bağlı qərar verməyə "yaxın"-dır


 2017, in Washington.
2017, in Washington.

ABŞ Müdafiə Naziri Ceyms Mattis deyir ki, Prezident Donald Trampın adminisrasiyası ABŞ hərb tarixində ən uzunmüddətli müharibəsi sayılan Əfqanıstan müharibəsini sona yetirməyə yönəlik strategiya üzrə qərar verməyə hazırlaşır.

“Biz qərara çox yaxınıq və mən bunun yaxın gələcəkdə baş verəcəyini güman edirəm,” Mattis Vaşinqtonda müxbirlərə bildirib.

Biz qərara çox yaxınıq və mən bunun yaxın gələcəkdə baş verəcəyini güman edirəm.

Tramp cümə günü vitse prezident Mayk Pens və mili təhlükəsizlik komandası ilə bir araya gələcək.

Onlar Ağ Evdə 16 il sürən müharibəyə yeni yanaşmanı müzakirə edəcəklər.

Seçimlər arasında ölkəyə əlavə qoşuna göndərilməsi, hətta qoşunların tamamilə çıxarılması və təhlükəsizliyin özəl kontraktorlara həvalə olunması var.

İllərlə ABŞ və NATO ölkələrindən aldığı hərbi dəstəyə baxmayaraq əfqanıstan hərbi qüvvələri Talibana qarşı müqavimətlərində çətinliklə üzləşirlər. Son illərdə Taliban qüvvələri Əfqanıstan və pakistanın sərhəd bölgələrində irəliləyişlərə nail olub.

ABŞ əsgəri Kabil beynəlxalq aeroportunda keşik çəkir.
ABŞ əsgəri Kabil beynəlxalq aeroportunda keşik çəkir.

Tramp Mattisə Əfqanıstanda qoşun sayını müəyyənləşdirməyi tapşırmışdı. Lakin aylar sonra müttəfiq qoşunlarının ölkədəki sayı dəyişməz qalır.

Təqribən 8,400 ABŞ əsgəri və 5,000 başqa NATO ölkələri əsgərləri Əfqanıstanda təlim-tövsiyə funksiyası yerinə yetirirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG