Aylardır administrasiyasının apardığı danışıqlardan sonra, bazar ertəsi axşamı prezident Donald Tramp Əfqanıstan strategiyasını açıqladı. Amerikanın Səsinin Ağ Ev müxbiri Stiv Herman bildirir ki, Tramp Əfqanıstanda terroru məğlubiyyətə uğratmaq üçün “vəziyyətə bağlı” yanaşmasını açıqlayıb və Birləmiş Ştatların demokrartiya yaratmaq və ya başqa ölkələri öz istədiyi kimi qurmaq üçün heç bir zaman hərbi gücündən istifadə etməyəcəyini bildirib.
Biz qoşun sayı və ya gələcək hərbi əməliyyatlar barədə danışmayacağıq. Bundan sonra bizim strategiyamız ixtiyari cədvəllərə deyil, oradakı vəziyyətə əsaslanacaq. Amerikanın düşmənləri heç bir zaman bizim planlarımızıdan xəbərdar olmamalıdır. Mən nə zaman hücuma keçəcəyimizi deməyəcəm.Donald Tramp
ABŞ prezidenti Donald Tramp Ağ Evdən 6 kilometr uzaqlıqda yerləşən Virciniyadakı ordu bazasına gedərək, orada bir zamanlar “boş yerə aparıldığını” iddia etdiyi müharibəni davam edəcəyini açıqlayıb.
O, məqsədinin terrorçular üçün Amerikaya təhlükə yaradacaq “təhlükəsiz yerlərin” yaranmasının və onların nüvə silahlarına çıxış əldə etmələrinin qarşısını almaq olduğunu deyib.
“Biz qoşun sayı və ya gələcək hərbi əməliyyatlar barədə danışmayacağıq. Bundan sonra bizim strategiyamız ixtiyari cədvəllərə deyil, oradakı vəziyyətə əsaslanacaq. Amerikanın düşmənləri heç bir zaman bizim planlarımızıdan xəbərdar olmamalıdır. Mən nə zaman hücuma keçəcəyimizi deməyəcəm”, deyə Tramp bildirib.
Prezident açıq-aydın Pakistana da xəbərdarlıq göndərib.
“Biz Pakistana milyardlara dollar pul veririk. Onlar isə mübarizə apardıqları terroristləri himayələrində saxlayırlar. Bu vəziyyət dəyişməlidir və dəyişəcək də”, deyə o bildirib.
Bəzi narahatlıqlar var ki, öz maraqları naminə uzun zaman sərhəddə terror hücumları həyata keçirən terror qruplarına sığınacaq verən Pakistana daha çox təzyiq göstərməyin əksyansıması ola bilər.
“Mənim şəxsi fikrim budur ki, Pakistana qarşı daha sərt mövqe sərgiləmək, Pakistanın bu cür qruplarla daha çox əlaqə qurmasına gətirib çıxaracaq. Bu, böyük problemdir,” deyə Uilson Mərkəzindən Maykl Kugelman bildirir.
Əfqanıstandakı münaqişə Əl-Qaidənin Birləmiş Ştatlara hücumundan bəri artıq 16 ildir davam edir. Orada hökümət fraskiyalara bölünüb, ölkə isə sistematik korrupsiyaya qərq olunub.
Məyusluğunu ifadə edən Tramp Əfqanıstana Birləşmiş Ştatların təəhüdünün məhdud olduğunu və Amerikanın gözü bağlı heç nəyi dəstəkləməyəcəyini bildirib.
O, Amerika xalqını “real islahatlar və real nəticələr” görməyə hazır olmağa çağırıb.