Accessibility links

Tramp və Ərdoğan Qətər və ərəb ölkələri arasındakı böhranı müzakirə ediblər


ABŞ prezidenti Donald Tramp cümə günü türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə danışaraq, Qətər və bir neçə ərəb ölkəsi arasında yaranmış mübahisəni müzakirə ediblər. Çoxları bu münaqişəni son illərin regionun ən kəskin böhranı adlandırırlar.

Ağ Evdən verilən məlumatda bildirilir ki, telefon danışığı zamanı Tramp və Ərdoğan bu mübahisənin həllini, tərəflərin terrorizm və ekstremizm ideologiyası ilə mübarizədə birlikdə çalışmalarını təmin etməyin yollarını müzakirə ediblər.

Xatırladaq ki, Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Qətəri terrorizm dəstəkçisi olmaqda, regionda sabitliyi pozmaqda ittiham edib və ölkə ilə münasibətləri kəsiblər. Türkiyə bu ittihamları rədd edən Qətərə dəstəyini bildirməkdə davam edir.

XS
SM
MD
LG