Accessibility links

Trampla Ərdoğanın əsas müzakirə mövzusu ABŞ-ın Suriya kürdlərinə dəstəyi olacaq [Video]


Trampla Ərdoğanın əsas müzakirə mövzusu ABŞ-ın Suriya kürdlərinə dəstəyi olacaq
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Trampla Ərdoğanın əsas müzakirə mövzusu ABŞ-ın Suriya kürdlərinə dəstəyi olacaq

ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında keçirilən ilk rəsmi görüşdə müzakirə edilən əsas məsələnin ABŞ-ın Suriyada İslam Dövləti qrupuna qarşı döyüşən kürd döyüşçülərinə dəstəyinin olacağı gözlənilir. Türkiyə bu ittifaqa qarşı çıxır və Suriyadakı kürdlərin müstəqil Kürd dövləti uğrunda mübarizə aparan PKK ilə əlaqəli olduğunu deyir. Amma ABŞ-ın Suriyadakı prioriteti militantları məğlub etməkdir, cihadçılara qarşı irəliləyişlər əldə edən yeganə yerli qüvvə isə məhz kürdlərdir.

Ərdoğan Birləşmiş Ştatların Suriya kürdlərini silahla təmin etməməsini təkid edir. Ərdoğan onları PKK ilə müttəfiq olmaqda ittiham edir. Problem isə odur ki, Suriyada Rəqqanı ələ keçirə biləcək başqa heç bir qrup yoxdur.
Henri Barker

Suriya kürdləri İslam Dövləti qrupunun Suriyadakı istinadgahı olan Rəqqanı ələ keçirmək üçün döyüşən ittifaqın aparıcı qüvvəsidir. Ötən həftə Birləşmiş Ştatlar terror qrupu üzərində qələbə əldə etmək üçün Suriya kürdlərini silahla təchiz edəcəyini açıqladı. Bu qərar prezident Ərdoğanın son dörd ildə Ağ Evə ilk səfərindən bir neçə gün öncəyə təsadüf edir.

Henri Barker: “Ərdoğan Birləşmiş Ştatların Suriya kürdlərini silahla təmin etməməsini təkid edir. Ərdoğan onları PKK ilə müttəfiq olmaqda ittiham edir. Problem isə odur ki, Suriyada Rəqqanı ələ keçirə biləcək başqa heç bir qrup yoxdur”.

Amerikanın Səsinə Skype vasitəsilə müsahibə verən Vudro Vilson Mərkəzinin Yaxın Şərq proqramının direktoru Henri Barki deyib ki, Tramp İŞİD-in Rəqqada məğlub olmasında qərarlıdır.

“O, prezident Baraka Obamanın əksinə İŞİD-i məğlub edə bildiyini demək üçün Rəqqanı ələ keçirmək istəyir”, deyə o bildirir.

ABŞ ordusunun rəsmiləri belə qərara gəliblər ki, Rəqqanı geri almağın ən yaxşı yolu Suriya kürdrləri ilə əlbir olmaqdır.

Ərdoğan Tramp
Ərdoğan Tramp

Henri Barker: “Rəqqanı ələ keçirə biləcək başqa hərbi qüvvə yoxdur. Suriya kürdləri Mambic şəhəri uğrundakı mübarizədə özlərini doğruldurblar və artıq uzun zamandır Rəqqanı ələ keçirməyə hazırlaşırlar”.

Birləşmiş Ştatlara səfərindən öncə Türkiyə prezidenti Vaşinqtonun qərarını dəyişəcəyinə dair nikbindi.

Ərdoğan həmçinin ötən il baş verən çevriliş cəhdini təşkil etməkdə günahlandırdığı ABŞ-da yaşayan türk din xadimi Fəthullah Gülənin ekstradisiyaını tələb edir.

Lakin təhlilçilər deyir ki, Trampın bu iki böyük məsələ ilə bağlı fikrini dəyişəcəyi gözlənilmir. Bu isə o deməkdir ki, Tramp Ərdoğana onun Türkiyədəki tərəfdarlarını sakitləşdirəcək təkliflər irəli sürməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG