Accessibility links

Donald Tramp daha bir təşəkkür tədbirində Barak Obamanın sözçüsünü hədəf alıb


ABŞ-ın növbəti prezidenti Donald Tramp daha bir təşəkkür tədbirində Barak Obamanın sözçüsünü hədəf alıb.

Pennsilvaniyanın Hörşi şəhərində keçirilən tədbirdə Tramp Obamanın mətbuat katibi Coş Ernesti ağılsız adlandırıb. O deyib ki, mən onun prezidentlə danışdığını güman etmirəm.

Coş Ernest
Coş Ernest

“Mətbuat katibinin düzgün seçimi mühüm bir məsələdir. O, hətta yaxşı xəbər verdikdə belə pis səslənir. Onun bu gün çıxıb İŞİD-i tamamilə məğlub etdik deməsi də pis səslənərdi”-deyə Tramp tərəfdarları qarşısında bildirib.

Trampın mətbuat katibi seçimi gələn bir neçə gün ərzində bəyan ediləcək.

ABŞ-ın növbəti prezidenti sabah Florida, şənbə günü isə Alabamada təşəkkür tədbiri təşkil edəcəyi gözlənilir.

Daxili İşlər Naziri

Tramp bu gün daxili işlər naziri vəzifəsində Montana ştatından konqresmen Rayan Zinkeni nominasiya edib.

Sabiq dəniz donanması üzvü olan Zinke ictimai sahələrin federal hökumətin nəzarətində olmasının tərəfdarıdır.

Onun bu mövqeyi Respublikaçılar Partiyasından federal torpaqların özəlləşdirilməsi və ya ştatların nəzarətinə verilməsini istəyən üzvləri ilə mübahisə yarada bilər.

Rayan Zinke
Rayan Zinke

Ətraf mühit müdafiəçiləri Zinkenin ictimai torpaqlarında qazma və dağ-mədən işləri aparılması çağırışlarını tənqid edir.

Daxili İşlər Nazirliyində 70 mindən çox insan çalışır. Nazirlik milli parklar da daxil edilməklə, federal sahələrin 20 faizinə nəzarət edir.

Biznes maraqları

Tramp bu gün Twitter hesabında medianın onun biznesdən əl çəkdiyinə dair məlumatlarını tənqid edib.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG