Accessibility links

Tramp: 40 faizdən aşağı reytinq o qədər də pis deyil


Prezident Donald Trampın etibar reytinqinin birinci dönəm hakimiyyətdə olduqları müddətdə ABŞ prezidentləri üçün ən aşağı səviyyədə olmasına baxmayaraq, o deyib ki, “40 faizdən aşağı reytinq o qədər də pis deyil”.

Tramp bunu Washington Post qəzeti və ABC News tele şirkətinin keçirdiyi sorğuda onun reytinqinin aprel ayında 42 faizdən hazırda 36 düşdüyü ilə bağlı nəticələri açıqlayandan sonra bazar günü Tvitter səhifəsində bildirib. Trampın işindən narazı olan respondentlərin sayı 58 faiz təşkil edib. Sorğu iştirakçılarının 48 faizi isə Donald Trampın Ağ Evdə olduğu altı ay müddətində onun işindən “çox narazı” olduqlarını bildirib.

Tramp Tvitter səhifəsində yazıb ki, sorğuda 40 faizdən aşağı göstərici o qədər pis olmasa da, Washington Post qəzeti və ABC News tele şirkəti “seçki dövrü ən qeyri-dəqiq sorğu” keçirmişdi.

Gallup sorğusunun cümə günü açıqlanan nəticələri də prezidentin fəaliyyəti ilə bağlı buna oxşar neqativ münasibətin mövcud olduğunu göstərir. Gallup sorğusunda Trampın etibar reytinqi 38 faiz kimi göstərilib. ABŞ prezidentinin işindən narazı qalanların sayı isə Gallup sorğusunda 57 faiz təşkil edir.

Washington Post qəzetinin bildirdiyinə görə, keçmiş prezidentlər Bill Klinton və Barak Obamanın reytinqi heç vaxt bu həddə düşməyib və yalnız Corc Buş oğul ikinci dönəm hakimiyyətdə olduğu zaman belə reytinqə malik olub.

Sorğu The New York Times qəzetinin Donald Tramp oğulun və onun atasının prezident kampaniyasının bəzi rəsmilərinin demokrat namizəd Hillari Klinton haqda kompromat informasiya ötürməyə söz verən rusiyalı vəkillə görüşü haqda məlumat verməsindən sonra keçirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG