ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FBI) Direktoru Ceyms Komini vəzifədən azad etmək qərarını müdafiə edir. Onun sözlərinə görə Komi “sadəcə olaraq işinin öhdəsindən yaxşı gəlmirdi.”
Tramp bu sözləri çərşənbə günü Oval Ofisdə sabiq dövlət katibi Henri Kissincerlə görüşərkən deyib.
Bundan öncə Tvitterdə yazdığı mesajda prezident bəyan etmişdi ki, Komi Vaşinqtonda “hamının, o cümlədən Respublikaçı və Demokratların etimadını itirib”.
Tramp əlavə edib ki, Komi daha bacarıqlı adam tərəfindən əvəzlənəcək və FBI-ın “ruhu və prestiji” bərpa ediləcək.
Trampın Komini işdən çxıarması Demokratların etirazı ilə qarşılanıb.
Prezidentin FBI direktorunu Rusiyanın seçkilərimizə müdaxilə etməsinə dair araşdırmanın ortasında işdən çıxarması ciddi suallar doğurur.Eymi Klobukar, Senator
Demokrat senatorlar ABŞ prezidentinin motivlərini sual altına alaraq Trampın seçki kampaniyasının Rusiya ilə mümkün müsnaibətlərini araşdırmaq üçün xüsusi ittihamçı təyin edilməsini tələb edirlər.
“Prezidentin FBI direktorunu Rusiyanın seçkilərimizə müdaxilə etməsinə dair araşdırmanın ortasında işdən çıxarması ciddi suallar doğurur," deyə Minnesota ştatından Senator Eymi Klobukar bəyan edib.
“Əgər xüsusi ittihamçıya nə vaxtsa ehtiyac varsa, həmin an indidir,” deyə Demokrat azlığın rəhbəri Senator Çak Şumer bildirib. O, əlavə edib ki, təhqiqatı aparacaq adamlar administrasiyadan maksimum məsafədə olmalıdırlar.
Prezident Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Ceyms Komini vəzifəsindən çərşənbə axşamı azad edib. Səbəb olaraq, Kominin büronu effektiv idarə edə bilməməsi göstərilib.
Ağ Evdən verilən məlumata görə yeni direktor axtarışı dərhal başlayacaq.