Accessibility links

Donald Tramp: Məxfi məlumatların mediayaya sızdırılması ABŞ-a dağıdıcı təsir göstərə bilər


ABŞ prezidenti Federal Təhqiqat Bürosunu (FBİ) məxfi məlumatların mediaya sızmasına görə tənqid edib. Donald Tramp deyib ki, məlumatların sızması ölkəyə fəlakətli təsir göstərir.

Tramp bunları bu gün Tvitter səhifəsində yazıb. Onun tənqidləri Ağ Evin kadrlar şöbəsinin rəhbəri Reyns Pribusun FBİ rəsmilərindən media xəbərlərinin təkzib edilməsini istəməsindən sonraya təsadüf edir.

Məlumatlar Trampın seçki müşavirlərinin seçkiqabağı kampaniyalar zamanı Rusiyanın kəşfiyyat orqanları ilə əlaqədə olduqlarına dairdir.

"FBI milli təhlükəsizlik məlumatlarının yayanları dayandırmaq qabiliyyətinə malik deyil. Onlar bunu hətta öz idarələri daxilində bacarmır" - deyə prezident yazır.

Donals Tramp əlavə edib ki, məxfi məlumatların mediayaya sızdırılması ABŞ-a dağıdıcı təsir göstərə bilər.

XS
SM
MD
LG