Amerikanın ən güclü banker vəzifəsini icra edən Canet Yellen təxminən dörd illik fəaliyyətindən sonra vəzifəsini sona çatdırdı. İndi növbə Ceromi Povelindir. Prezident Tramp Ağ Evdə çıxışı zamanı ən əhəmiyyətli ictimai vəzifələrdən birinə təyin etdiyi şəxsin adını açıqlayıb.
“Federal Ehtiyatın sədriliyinə namizəd kimi Ceromi Poveli təqdim etmək mənim üçün zövq və qürurvericidir.” - deyə, Tramp açıqlama verib.
Prezident üçün 64 yaşlı Povel hər iki tərəfi təmsil etdiyi üçün mükəmməl namizəddir. 5 illik Federal Ehtiyat təcrübəsinə və Vol Strit mandatına malik Respublikaçı vəkil olmaqla yanaşı o, həm də sələfindən fərqli olmayaraq hadisələri ehtiyatlı yanaşması ilə tanınır.
Lakin Yellendən fərqli olaraq Povel həmçinin keçən ay etdiyi çıxışlarının birində “daha çox tənzimləmə edərək bütün problem həll etmək olmaz” deyərək tənzimləmə siyasətini tənqid edib.
“Bu gün, hazırda iqtisadiyyat böyük qyeri-bərabərsizlik olmasa da, gələcək illərdə bu balans pozula bilər. Bizim iqtisadiyyatımız tam məşğulluq səviyyəsindədir və maliyyə bazarlarında yarana biləcək pozuntu gələcəkdəki tənəzzül üçün əsas səbəb ola bilər." Bu sözləri analitik Rayn Svit söyləyib.
Povel aşağı faiz dərəcələrini dəyişməklə daxil olmaqla bir sıra problemlərlə qarşılaşacaq. Lakin, analitiklər düşünür ki, iqtisadiyyat tsikllərlə hərəkət etdiyinə görə növbəti FED rəhbəri qaçınılmaz böhrana hazır olmalıdır.
Amerikanın Səsinə danışan iqtisadçıların qeyd etdiklərinə görə, bu vəzifədə oturan şəxs qlobal investisiyalara, faiz dərəcələrinə və xərclərə təsir edə biləcək böyük gücə sahib olacaq.