Accessibility links

Trampın futbol etirazlarına qarşı səsləndirdiyi ifadə idmançıları qəzəbləndirib [Video]


Trampın futbol etirazlarına qarşı səsləndirdiyi ifadə idmançıları qəzəbləndirib
please wait

No media source currently available

0:00 0:03:09 0:00

ABŞ prezidenti Donald Tramp ötən həftə idman oyunları zamanı dövlət himni ifadə ediləndə ayağa qalxmaqdan imtina edən professional idmançıları tənqid edib. Cümə günü keçirilən mitinqdə Tramp bir dizini yerə qoyaraq himni dinləmək şəklində keçirilən etirazı qeyri-vətənpərvər adlandırıb. Bazar günü isə Milli Futbol Liqasının yüzlərlə oyunçusu kütləvi etiraz şəklində etiraza qoşulub. Prezidentin təhrikedici ritorikası vətənpərvərlik və irqi ədalətsizliklə bağlı debatların canlamasnısa gətirib çıxarıb.

Bazar günü Milli Futbol Liqası komandalarının “diz çökmək” etirazlarını başlatmasından sonra prezident Tramp oyundan öncəki bayraq mərasimində ayağa qalxmaqdan imtina edən idmançıları tənqid edib.

“Bizim ölkəni təmsil edən gözəl insanlar var, xüsusilə də əsgərlərimiz, təcili yardım işçilərimiz. Bu insanlara hörmətlə yanaşmaq lazımdır. Bir dizini yerə qoyanda isə, Amerika bayrağına və ya himninə qarşı hörmət göstərmirsən”, deyə Tramp bildirib.

Bir sıra Tvitter mesajlarında Tramp bazar günü keçirilən oyunlarda diz çökən idmançıları fitə basan futbol pərəstişkarlarını tərifləyib və onları bu etirazlara son qoyulanadək oyunları boykot etməyə çağırıb.

Keçmiş NFL oyunçusu Kolin Kapernik bu hərəkatı ötən mövsüm irqi ədalətsizliyə etiraz olaraq himn səsləndirildiyi zaman bir dizini yerə qoymaqla başladıb. Cümə günü Tramp Alabama ştatında tərəfdarlarına bayrağa qarşı hörmətsizlik edən oyunçuların qovulmalı olduqlarını deyənə qədər isə sadəcə bir neçə idmançı diz çökmək etirazında iştirak etmişdi.

Biz öz komandamızdan və ya hər hansı baqa komandandan bir qardaşımızın hücuma məruz qaldığını görsək, birlik olacağıq.
Bencamin Vatson

“Hər hansı bir idmançı bizim bayarağa qarşı hörmətsilik edəndə, NFL komandalarının sahiblərindən birininin çıxıb “o köpək oğlunu meydançadan çıxarın, o qovuldu” deməsini istəməzdinizmi?”, Tramp deyib.

Bu şərhlər liqadakı bir çox idmançını qəzəbləndirib, ələlxüsus da afro-amerikalıları, çünki onlar prezidentin sözlərini irqçilik olaraq görür.

“Biz öz komandamızdan və ya hər hansı baqa komandandan bir qardaşımızın hücuma məruz qaldığını görsək, birlik olacağıq”, deyə Baltimore Ravens komandasının oyunçusu Bencamin Vatson bildirib.

Bazar ertəsi Amerikanın bəzi tanınmış idmançıları da məsələyə öz münasibətini bildirib.

“Bu, bayrağımız, ordumuz və ya dünyanı azad edən heç kəsə qarşı hörmətsizlik deyil. Bu bərabərliliyi təbliğ olunması və insanların seçimlərinin olduğunu və haqsızlıq olaraq gördükləri şey barədə danışmaq hüququna sahib olduğunun nümayişidir”, Cleveland Cavaliers komandasının oyunçusu LeBron Ceyms söyləyib.

Ceyms prezidenti vəzifəsindən istifadə edərək ölkəni bölməkdə ittiham edib.

“Biz elə bir zəmanədə yaşayırıq ki, ən güclü insanlar bizi bir araya gətirmək və gəncləri ruhlandırmaq imkanına sahibdir. Amma Tramp bunu anlamır. Bu, onun heç vecinə deyil”, Ceyms deyib.

Tənqid atəşinə tutulan Tramp və onun mətbuat katibi bu tənqdiləri yumşaltmağa çalışıb.

“Bunun irqlə heç bir əlaqəsi yoxdur. Mən heç vaxt irqlə bağlı heç nə deməmişəm”, Tramp söyləyib.

“Burada prezident heç nəyə qarşı çıxmır. Əksinə prezident və milyonlarla amerikalı bayrağa, dövlət himninə, onları qorumaq üçün döyüşən kişi və qadınlarımıza hörmət tələb edir”, deyə Ağ Evin mətbuat katibi Sarah Hakabi-Sanders bildirib.

Bunun irqlə heç bir əlaqəsi yoxdur. Mən heç vaxt irqlə bağlı heç nə deməmişəm
Donald Tramp

Corctaun universitetinin idman menecmenti üzrə eksperti Daniel Kelli deyib ki, bir çox afro-amerikalı Trampın şərhlərini irqi baxımdan etinasızlıq kimi görsə də, o, bilməyərəkdən etirazçıları reklam edərək onların bərabərliklə bağlı apardıqları təbliğat kampaniyalarına yardım edib.

“Hər biq qələbə, bir dizini çökdürən idmançı, əl-ələ tutan hər bir idmançı və ya komanda sahibi. Bu, biz hər hansı bir nəticə görənədək davam edəcək uzun və çətin proses olacaq. Bu, hələ başlanğıcdır”, Kelli söyləyib.

Nəticələrindən asılı olmayaraq, Trampın şərhləri bir il öncə bir idmançının başlatdığı kiçik etirazı böyük televiziya dramasına çevirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG