ABŞ prezidenti administrasiyasının İranla nüvə razılığına dair mövqeyini bildirməyə hazırlaşdığı bir vaxt bəzi yüksək rütbəli hərbçilərə müqavimət göstərməyə çalışır.
İran dünya və onun bəzi bölgələrinə normal münasibət bəsləmir
Donald Trampın İran razılığının təsdiqi üçün may ayınadək möhləti var.
Dünən Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmanla görüşü zamanı prezident İranla bağlı narahatlıqlarını dilə gətirib.
“İran dünya və onun bəzi bölgələrinə normal münasibət bəsləmir. İranda olduqca pis şeylər baş verir"- deyə, prezident Tramp deyib.
ABŞ prezidenti əlavə edib ki, Amerika terrorçuların maliyyələşdirilməsinə tolerantlıq nümayiş etdirməyəcək.
O, Səudiyyə Ərəbistanı və Yaxın Şərqin digər ölkələrinin də bu sahədə mübarizə apardığını bildirib.
"Bir aydan sonra nə baş verəcəyini görəcəksiniz" - deyə, Tramp əlavə edib.
ABŞ dövlət başçısı 2015-ci il razılığının uzun zamandır tənqid edir. Plana əsasən İran nüvə proqramına son qoymalıdır.
Yanvar ayında prezident İrana qarşı sanskiyalardan son dəfə imtina etdiyini bildirərək, qanunvericilərdən razılığın fəlakətli məqamlarının dəyişdirilməsini tələb edib.
O vaxtdan bəri ABŞ-ın müdafiə rəsmiləri razılığın imtiyazlı olduğunu deyərək, prezidentə müqavimət göstərməyə başlayıb. Baxmayaraq ki, onlar Tehranın Yaxın Şərqdəki aqressiv davranışına dair narahatlıqlarını bildirir.
"İran razılığın şərtlərinə əməl edir" - deyə, ABŞ-ın strateji komandanlığının generalı Con Hayten Senatın Silahlı Qüvvələr Komitəsindəki dinləmələr zamanı bildirib.
ABŞ-ın müdafiə naziri Cim Mattis və Birgə Hərbi Qərargahlar rəisi Cozef Danford da eyni mövqedən çıxış edərək, razılığın Amerikanın maraqlarına xidmət etdiyini vurğulayıb.